Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Tural Möyüfov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tural Möyüfov
Möyüfov Tural Namiq oğlu
Tural Möyüfov
Tural Möyüfov, 2015-ci il
Doğum tarixi 15 dekabr 1991 (1991-12-15) (32 yaş)
Doğum yeri Kiş, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbbaycan Dövlət Rəssamlıq Akademiyası, təsviri sənət fakültəsi (2009 – 2013)

Tural Möyüfov (Möyüfov Tural Namiq oğlu; d.  15 dekabr 1991-ci il, Kiş, Şəki rayonu, Azərbaycan Respublikası) – ali təhsilli rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Haqqında məlumatlar

1991-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub.

1998 – 2009-cu illərdə Kiş kəndindəki 1 saylı orta məktəbdə təhsil alıb.

2004 – 2009-cu illərdə Fuad Əbdürəhmanov adına Şəki Şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.

2009 – 2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət fakültəsində təhsil alıb.

2014 – 2015-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.

2015-ci ildə qısa müddət Şəki Dram Teatrında fəaliyyət göstərib; “Oğru” tamaşasının (2015) quruluşçu rəssamı olub.

2017-ci ildə “Xənnas” filminin rəssamı olub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədris ustası vəzifəsində çalışıb.

Bir sıra yerli və beynəlxalq sərgi və simpoziumlarda iştirak edib.

Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Ailəlidir.

İştirak etdiyi sərgilər

  • “Gənclər” (2013,2019);
  • VI Beynəlxalq Tullantıdan Sənətə simpozium (Bakı 2017);
  • İACEA HANRYU ART ( Koreya 2018);
  • “Qrafika” (2019);
  • Beynəlxalq Ostraka Biennalı ( Misir 2019);
  • “31 Mart Azərbaycanlıların Soyqrımı Günü” (2019);
  • VI Beynəlxalq İpək Yolu İncəsənət Festivalı (Çin 2019);
  • Yaxın Doğu Universiteti Kipr Müasir İncəsənət Muzeyi simpozium və sərgisi (2019);

Yaradıcılığından nümunələr

Aidiyyəti linklər