Nəhayət Əhmədova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:02, 1 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nəhayət Əhmədova
Əhmədova Nəhayət Allahyat qızı
Nəhayət Əhmədova
Nəhayət Əhmədova, 1975-ci il
Anadan olub 7 oktyabr 1925(1925-10-07)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 5 iyun 1992 (67 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Nuxa İkiillik Müəllimlər İnstitutu (1945)
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı"Əmək veteranı" medalı

Nəhayət Əhmədova (Əhmədova Nəhayət Allahyat qızı; 7 oktyabr 1925-ci il, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö.  5 may 1992-ci il, Şəki, Azərbaycan Respublikası) – Nuxa/Şəki radiosunun diktoru (1962 – 1983).

Haqqında məlumatlar

1925-ci ildə Nuxada anadan olub.

1942-ci ildə Nuxa şəhər pionerlər evində dərnək rəhbəri kimi əmək fəaliyyətinə başlayıb.

1945-ci ildə Nuxa İkiillik Müəllimlər İnstitutunu bitirib.

1945 – 1983-cü illərdə 5 və 10 saylı məktəblərdə dil-ədəbiyyat müəllimi işləyib.

1949-cu ildə Moskva şəhərində keçirilən ÜLKGİ–nin XI qurultayında Azərbaycan SSR-nin nümayəndə heyətinin üzvü olub.

1962 – 1983-cü illərdə Nuxa/Şəki radiosunun diktoru olub.

“Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” və “Əmək veteranı” medalları ilə təltif edilib.