Soltan Abdullayev

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 13:10, 6 iyun 2020 tarixli redaktə
Soltan Abdullayev
Abdullayev Soltan Məmməd oğlu
Soltan Abdullayev
Soltan Abdullayev, 1976-cı il
Anadan olub 15 fevral 1930 (1930-02-15) (94 yaş)
Anadan olduğu yer Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 20 iyun 2002 (72 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan Respublikası
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

Soltan Abdullayev ( Abdullayev Soltan Məmməd oğlu; d.  15 fevral 1930-cu il, Nuxa Azərbaycan SSR, ZSFSR, SSRİ – ö.  20 iyun 2002-ci il, Şəki, Azərbaycan Respublikası) – dövlət və partiya məmuru, Azərbaycan SSR KP Şəki Şəhər Komitəsinin katibi (1970 – 1973) və bir sıra digər məsul partiya, dövlət və digər vəzifələrdə işləmişdir.

Haqqında məlumatlar

1930-cu ildə Nuxada anadan olub.

Nuxa 12 №li orta məktəbdə oxuyub.

1946 – 1949-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb.

1949-cu ildə Nizami adna kolxozda (Bideyiz kəndində) aqronom kimi əmək fəaliyyətinə başlayıb.

1950 – 1955-ci illərdə S.Ağamalıoğlu adına Kirovabad Kənd Təsərrüfatı İnstitutunda (indiki Gəncə Aqrar Universitetində) təhsil alıb.

1955 – 1963-cü illərdə S.M.Kirov adına Qışlaq kolxozunda Kənd təsərrüfatı Nazirliyinin toxumçu aqronomu, baş aqronom, Daşüz camışçılıq sovxozunda baş aqronom, rayon aqrokimya laboratoriyasının müdiri, Nuxa rayonunda və Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsində baş aqronom, təşkilatçı müfəttiş, Nuxa Şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmıb.

1958-ci ildə SSRİ Xalq Təssərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olub.

1963 – 1965-ci illərdə Bakı Ali Partiya Məktəbinin(az) dinləyicisi olub.

1965 – 1970-ci illərdə Nuxa/Şəki Şəhər Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri,

1968 – 1970-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləyib.

1970 – 1973-cü illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi,

1974 – 1976-cı illərdə Şəki Şəhər Həmkarlar İttifaqları Şurasının sədri,

1976 – 1985-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri,

1985 – 1992-ci illərdə Şəki rayon Bitki Mühaizəsi Stansiyasının rəisi olub.

1992-ci ildə təqaüdə çıxdıqdan sonra Şəki İpəkçilik İdarəsində aqronom işləyib.

Müxtəlif illərdə Nuxa, Şəki və Vartaşen rayonları Xalq Deputatları Sovetlərinin deputatı seçilib. 2002-ci ildə Şəkidə vəfat edib.

Mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan KP Şəki Şəhər Komitəsinin fəxri fərmanları,
  • “Sosializm yarışının qalibi” döş nişanı,
  • “Əmək veteranı” medalı.

Ailəsi

  • Həyat yoldaşı: Abdullayeva Binyət Xəlil qızı
  • Evladları: Xatirə, Elxan, Elçin, Cavanşir