Babək İsgəndərov

WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:BŞəkil:Böyük Qafqaz Dağlarında.jpg|thumb| {| class="wikitable" !Təvəllüd Doğulduğu yer...' ilə yarat) tərəfindən edilmiş 22:13, 16 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Təvəllüd Doğulduğu yer 01 İyun 1986 Şəki rayon Oraban kənd
Təhsil Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2006- 2011
İxtisas İdman Turizmi
İş yeri Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası
Vəzifə Dağçılıq Məktəbinin tədris bölməsinin rəhbəri

Babək İsgəndərov - Azərbaycan alpinisti, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təlimçisi. 1 avqust – 15 avqust 2017-ci il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX-in) dağçılarından ibarət ekispedisiya qrupu tərkibində Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrusa ( 5642 m) təşkil olunmuş yürüşün iştirakçisi.

Həyat və fəaliyyəti

Babək Ağabala oğlu 1 iyun 1986-cı ildə Şəki rayonunun Oraban kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman turizmi ixtisası üzrə ali təhsil alıb.

2011-ci ildə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Dağçılıq Məktəbində dağçılıq sənətinin sirlərinə yiyələnib. Daha sonra FAIREX-də təlimçi olaraq fəaliyyət göstərməyə başlayıb Hal-hazırda Dağçılıq Məktəbi tədris bölməsinin rəhbəridir.