Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Natiq Qasımov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış hərbç...' ilə yarat) tərəfindən edilmiş 16:17, 17 iyun 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Natiq Qasımov
Qasımov Natiq Ənvər oğlu
Natiq Qasımov
Natiq Qasımov.
Doğum tarixi 19 avqust 1958 (1958-08-19) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Mənsubiyyəti Azərbaycan Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
Təhsili Volqoqrad Ali İstintaq Məktəbi (1980–1984)
Hərbi fəaliyyəti
Xidmət illəri 1979 – 2008
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının polkovniki.png polkovnik
İstefada 2008

Natiq Qasımov — ehtiyatda olan polis polkovniki, “DREAM CONSTRUCTİON COMPANY” MMC-nin hüquq şöbəsinin müdiri, Birinci Qarabağ müharibəsi iştirakçısı və müharibə veteranıyam.

Haqqında məlumatlar

19 avqust 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1980 – 1984-cü illərdə Volqoqrad Ali İstintaq Məktəbində təhsil alıb.

Hərbi xidmətdə

1976 – 1978-ci ildə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1975 – 1976 və 1978 – 1979-cu illərdə Leytenant Şmidt adına Bakı Maşınqayırma zavodunun alət sexində fəhlə,

1979 – 2008-ci illərdə Azərbaycan SSR, SSRİ, Azərbaycan Respublikası DİN sistemində müxtəlif vəzifələr tutub; o cümlədən, Azərbaycan SSR DİN Baş İstintaq və Təhqiqat İdarəsində əvvəl müstəntiq, sonra baş müstəntiq, SSRİ DİN Region üzrə 6-cı İdarəsində xüsusilə mühüm tapşırıqlar üzrə əvvəl baş müstəntiq, sonra bölmə rəisi, daha sonra şöbə rəisinin müavini, şöbə rəisi, baş İdarə rəisinin müavini vəzifəsində çalışıb.

2008 – 2012-ci illərdə “Azinteroil” MMC-nin hüquq departamentinin rəhbəri,

2012 – 2015 və 2019 – 2022-ci illərdə “Maqnit”, “Klass” və “Delloro” və “SKY-Electronix” mağazalarında problemli kredit və hüquq şöbəsinin rəisi

2015 – 2018-ci illərdə “İnsan və hüquq” MMC-nin direktoru,

2022-ci ildə “AQRO-VEST DC” MMC-də hüquq şöbəsinin müdiri olub.

2023-cü ildən “DREAM CONSTRUCTİON COMPANY” MMC-də hüquq şöbəsinin müdiridir.