Sabit Rəhman

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:12, 16 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Sabit Rəhman
Sabit Kərim oğlu Mahmudov
Sabit Rəhman
Doğum tarixi 26 mart 1910(1910-03-26)
Doğum yeri Nuxa
Bakı quberniyası
Rusiya imperiyası
Vəfatı 23 sentyabr 1970 (60 yaşında)
Vəfat yeri Bakı
SSRİ
Azərbaycan SSR
Vətəndaşlığı Flag of Russia.svg Rusiya İmperiyası
Flag of the Soviet Union.svg SSRİ
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni

Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi.

Həyatı

Poçt markası (2000).

Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. BakıŞəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

Əsərləri

  • Hekayələri:

"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".

  • Povestləri:

"Vəfasız", "Son faciə".

  • Pyesləri:

"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.

  • Romanı:

"Nina".

Kitabları

Sabit Rəhmanın xatirə lövhəsi (Bakı)
  1. Pozğun (hekayələr). Bakı: 1931
  2. Şirin bülbül (hekayələr). Bakı: 1933
  3. Vəfasız (povest). Bakı: 1933
  4. Xəyalplov. Bakı: 1938
  5. Son faciə (povest). Bakı: 1939
  6. Hüseyn Ərəblinski (povest). Bakı: 1948
  7. Hədiyyə.Bakı: 1949

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1945) - (ssenari müəllifi)
  2. O olmasın, bu olsun (film, 1956) - (ssenari müəllifi)
  3. Koroğlu (film, 1960) - (ssenari müəllifi)
  4. Əhməd haradadır? (film, 1963) - (ssenari müəllifi)
  5. Ulduz (film, 1964) - (libretto müəllifi)
  6. Hicran (teatr tamaşası, 1983) - (ssenari müəllifi)
  7. Şirin bülbül (film, 2000) - (əsərin müəllifi)
  8. Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)

Mənbə

  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106.

Xarici keçidlər

Vikianbarda Sabit Rəhman ilə əlaqəli mediafayllar var.