Nazim Hacıyev
Nazim Hacıyev | |
---|---|
Hacıyev Nazim Məmmədiyə oğlu | |
Doğum tarixi | 6 iyun 1924 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 30 iyul 1962 |
Həyat yoldaşı | Bədəlova Ziba Səttar qızı |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1941; 1944 – 1948) |
Nazim Hacıyev (Hacıyev Nazim Məmmədiyə oğlu; d. 6 iyun 1924-cü il, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 30 iyul 1962-ci il, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı dövlət xadimi, Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi (1960 – 1962). Daha əvvəl Sov.İKP MK-nın məsul təşkilatçısı, sektor müdiri (1958 – 1960) olmuş, Sov.İKP-nin XX (1956) və ÜİK(b)P-nin XIX (1952) qurultaylarına Azərbaycan SSR-dən nümayəndə seçilmişdir.
Haqında məlumatlar
1924-cü ildə Nuxada anadan olub.
1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Lakin 1941-ci ildə Almaniyanın SSRİ-yə hücum etməsindən sonra təhsilini davam etdirə bilməyib.
1941 − 1943-cü illərdə “Nuxa fəhləsi” qəzetində ədəbi işçi, Huxadakı 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində çalışıb.
1943 − 1944-cü illərdə “Nuxa fəhləsi” qəzetinin məsul katibi olub.
1944-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirməyə başlayıb.
1944 − 1947-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləyib.
1947 − 1950-ci illərdə Bakı şəhər Komsomol Komitəsinin,
1950 − 1952-ci illərdə əvvəl Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat şöbəsində təlimatı, sonra isə Azərbaycan Dövlət Tibb İnstitutunda partiya komitəsinin katibi olub.
1951-ci ildə Azərbaycan LKGİ-nın XIX qurultayında LKGİ MK-nın katibi,
1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilib.
1952-ci ildə keçirilmiş ÜİK(b)P-nin XIX qurultayında[1],
1956-cı ildə keçirilmiş Sov.İKP-nin XX qurultayında Azərbaycan SSR-i təmsil edən nümayəndələrdən biri olub.
1956-ci ildə Ümumittifaq LKGİ MK-nın büro üzvü seçilib.
1956 − 1958-ci illərdə Azərbaycan SSR KP MK-nın elm və təhsil şöbəsinin müdiri,
1958-ci ildən isə Sov.İKP MK-nın, əvvəlcə, məsul təşkilatçısı, sonra isə sektor müdiri,
1960-cı ildə Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi olub.
1962-ci il iyulun 30-da Bakıda vəfat edib.
Bakıda Fəxri Xiyabanda dəfn olunub[2].
Xatirəsi
Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə Nazim Hacıyevin adına küçə var.
Sovet dövründə Şəkinin mərkəzi istirahət klubu, Şəki rayonunun İnçə kəndində sovxoz və Baş Küngüt kəndində orta məktəb onun adını daşıyıb.
2000 və 2009-cu illərdə oğlu Aydın Hacıyevin atası haqqında yazdığı “Hər şeyi başa düşmək, lakin bağılamamaq” (rus.: «Все понять, но не всепростить») adlı kitabı çap olunub.
2019-cu ildə “Aranfilm” Yaradıcılıq Mərkəzində Nazim Hacıyevin həyatından bəhs edən “Bir qəsdin tarixi” sənədli filmi istehsal edilmişdir.[3]
Əsərləri
- Гаджиев Н. М. Из практики работы по интернациональному воспитанию трудящихся. — М.: Знание, 1961. — 36 с. — 2000 экз.
- Гаджиев Н. М. Французские встречи: [Путевые заметки участника Делегации советской молодёжи во Францию в 1955 г.]. — Баку: Детюниздат, 1956. — 130 с. — 6000 экз.
İstinadlar
- ↑ "Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952". Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ "Fəxri Xiyabanda dəfn olunanlar". Azerbaijan.az. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ Эльмира Ахундова (06.06.2019). "Смертельная схватка Анастаса Микояна и Назима Гаджиева" (русский). 1news. İstifadə tarixi: 2019-06-06.
Ədəbiyyat
- Мирзоев О. Один раз живём: Имам Мустафаев, Шихали Курбанов, Назим Гаджиев. — Баку: 1991.
- Кикнадзе А. Бакинская подкова. — Москва: 2003.
- Полонский Л. Сквозь годы мчась… : Эссе // Литературный Азербайджан (журн.). — 2001. — №1.
- Помпеев А. Кровавый омут Карабаха. — Кн. 2. — Баку: 1994
- Семичастный В. Беспокойное сердце. — Москва: 2002.
- Вышка (газ.). — 1989, 30 июня; 1993, 15 октября.
- Молодёжь Азербайджана (газ.). — 1989, 2 ноября.
- Азербайджан (газ.). — 1993, 9 сентября.
- Гюнай (газ.). — 2002, 5—11 октября.