Rasim Mustafayev
Rasim Mustafayev | |
---|---|
Mustafayev Rasim Fərman oğlu | |
Rasim Mustafayev, 2020-ci il | |
Doğum tarixi | 31 avqust 1950 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | kimya |
Elmi adı | kimya elmləri namizədi |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1966 – 1971) SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturası (1972 – 1974) |
Evladları | Nazim, Leyla və Elnarə |
Atası | Fərman Mustafayev |
Anası | Nuriyyə Mustafayeva (Abdullayeva) |
Rasim Mustafayev (Mustafayev Rasim Fərman oğlu; d. 31 avqust 1950-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – kimya elmləri namizədi (1977), ixtiraçı alim, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü (2002), Novosibirsk şəhərində “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsinin (Açıq Səhmdar Cəmiyyətinin) direktoru.
Haqqında məlumatlar
1950-ci ildə Nuxada anadan olub.
1966-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbi gümüş medalla bitirib.
1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.
1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb.
1972-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir şöbəsinin (Novosibirsk şəhəri) Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasına qəbul olunub.
1977-ci ildə “Platin qrupu metallarının müxtəlif mürəkkəb materiallardan selektiv ayrılması və onların mikro miqdarının atom-absorbsiya üsulu ilə təyin olunması” adlı elmi mövzuda namizədlik dissertasiyası müdafıə edib.
1977 – 1998-ci illərdə Novosibirsk şəhərində Kimya Texnologiyasi Elmi-Tədqiqat İnstitutunda əvvəl baş elmi işçi, 1980-cı ildən laboratoriya müdiri, 1985-ci ildən şöbə müdiri, 1991-ci ildən elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.
1998-ci ildən yeni keyfiyyətli, ekoloji cəhətdən təhlükəsiz olan kimyəvi maddələrin alinması və istehsalı ilə məşğul olan “Elmi tədqiqatlar və kimyəvi məhsullar” müəssisəsində direktor vəzifəsində işləyir.
Elmi nailiyyətləri
- 72 elmi əsərin, 27 ixtiranın müəllifidir. İxtiralarından 2-sinə Almaniyada patent verilib.
İctimai fəaliyyəti
2002-ci ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının müxbir üzvü seçilib.
Ailəsi
Atası: Fərman Mustafayev və anası: Nuriyyə Mustafayeva (Abdullayeva) Şəkinin tanınmış pedaqoqlarından olublar, Şəki şəhər 19 nömrəli orta məktəbdə müəllim işləyiblər və hər ikisi vəfat edib.
Həyat yoldaşı: Mustafayeva Tamara Filippovna, hüquqşünasdır.
Övladları:
- Mustafayev Nazim, tibb elmləri namizədi, damar cərrahı-fleboloqdur.
- Mustafayeva Leyla, həkimdir.
- Mustafayeva Elnarə, hüquqşünasdır.
Mükafatları
- 1985-ci ildə RSFSR-in Novosibirsk vilayətinin “Ən yaxşı ixtiraçı”sı adına layiq görülüb.
- 2018-ci ildə Novosibirsk şəhərinin əsasının qoyulmasının 125 illiyi münasibətilə “Şəhərin rifahı üçün əməyə görə” xatirə doş nişanı ilə təltif edilib.