MediaWiki:Türk dünyasının mədəniyyət paytaxtı

Şəki Ensiklopediyası materialı
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 01:31, 19 iyun 2020 tarixli redaktə
Asiya xəritəsində Türk dünyası mədəniyyət paytaxtlarının yeri.      Əvvəlki paytaxtlar      Hazırki paytaxt      Növbəti paytaxt

Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir.

TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur.

Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir[1][2]. Daha sonra Əskişəhər, Kazan, Marı[3], Şəki[4]Türkistan[5] şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.

Türk dünyasının mədəniyyət paytaxtlarının siyahısı

İl Şəhər Ölkə/Region
2012 Astana   Qazaxıstan
2013 Əskişəhər   Türkiyə
2014 Kazan   Tatarıstan
2015 Marı   Türkmənistan
2016 Şəki   Azərbaycan
2017 Türkistan   Qazaxıstan

İstinadlar

  1. "Astana to be Culture Capital of Turkic World - World Bulletin". World Bulletin. İstifadə tarixi: 2016-12-22.
  2. "Türk Dili Konusan Ülkeler Isbirligi Konseyi - "2012 ASTANA TÜRK DÜNYASI KÜLTÜR BAŞKENTİ" açılış töreni yapıldı". 2012-10-24. İstifadə tarixi: 2016-12-22.
  3. "Turkmenistan's city of Mary declared cultural capital of Turkic world for 2015 | Turkmenistan.ru". www.turkmenistan.ru. İstifadə tarixi: 2016-12-22.
  4. turksoy.org. "2016 Türk Dünyası Kültür Başkenti: Şeki :: TÜRKSOY". www.turksoy.org. İstifadə tarixi: 2016-12-22.
  5. "Türk dünyasının 2017 kültür başkenti Türkistan oldu + Avrasya’dan + Haber + TRT Avaz" (Türkçe). TRT Avaz. İstifadə tarixi: 2016-12-22.