MediaWiki:Türk dünyasının mədəniyyət paytaxtı
}}
Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir.
TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur.
Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir[1][2]. Daha sonra Əskişəhər, Kazan, Marı[3], Şəki[4] və Türkistan[5] şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.
Türk dünyasının mədəniyyət paytaxtlarının siyahısı
İl | Şəhər | Ölkə/Region |
---|---|---|
2012 | Astana | Qazaxıstan |
2013 | Əskişəhər | Türkiyə |
2014 | Kazan | Tatarıstan |
2015 | Marı | Türkmənistan |
2016 | Şəki | Azərbaycan |
Türkistan | Qazaxıstan | ||
2019 | Oş | Qırğızıstan |
2020 | Xivə | Özbəkistan |
Türkistan | Qazaxıstan |
İstinadlar
- ↑ "Astana to be Culture Capital of Turkic World - World Bulletin". World Bulletin. İstifadə tarixi: 2016-12-22.
- ↑ "Türk Dili Konusan Ülkeler Isbirligi Konseyi - "2012 ASTANA TÜRK DÜNYASI KÜLTÜR BAŞKENTİ" açılış töreni yapıldı". 2012-10-24. İstifadə tarixi: 2016-12-22.
- ↑ "Turkmenistan's city of Mary declared cultural capital of Turkic world for 2015 | Turkmenistan.ru". www.turkmenistan.ru. İstifadə tarixi: 2016-12-22.
- ↑ turksoy.org. "2016 Türk Dünyası Kültür Başkenti: Şeki :: TÜRKSOY". www.turksoy.org. İstifadə tarixi: 2016-12-22.
- ↑ "Türk dünyasının 2017 kültür başkenti Türkistan oldu + Avrasya’dan + Haber + TRT Avaz" (Türkçe). TRT Avaz. İstifadə tarixi: 2016-12-22.