İsmayıl Əliyev
İsmayıl Əliyev | |
---|---|
Əliyev İsmayıl Abbasəli oğlu | |
İsmayıl Əliyev, 2013-cü il. |
İsmayıl Əliyev — musiqiçi-pedaqoq, tarzən-bəstəkar və dirijor, Azərbaycan Bəstəkarlar İttifaqının Şəki üzrə nümayəndəsi.
Haqqında məlumatlar
20 sentyabr 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1957-ci ildə Nuxa şəhər yeddiillik musiqi məktəbinin tar sinfini bitirib.
1962 – 1966-cı illərdə Nuxa Musiqi Məktəbində,
1967 – 1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
İş yerləri
1962 – 1966 ci illərdə 19 №-li uşaq bağçasında musiqi müəllimi,
1966 – 1967-ci illərdə Nuxa Musiqi Məktəbində müəllim,
1967 – 1972-ci illərdə (Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən) Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrində və Hacı Məmmədovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblında saz ifaçısı,
1972 – 2017-cı illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.
2017-ci ildən təqaüddədir.
Yaradıcılığı
Azərbaycan şairlərinin sözlərinə 100-dən çox mahnı bəstələyib.
2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür və Azərbaycan Bəstəkarlar İttifaqının Şəki üzrə nümayəndəsidir.
Ailəsi
4 övladı və 7 nəvəsi var.
Ədəbiyyat
- Təhmirazqızı S. İsmayıl Əliyev // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 175. — 300 nüsx.
- Əliyev İsmayıl Abbasəli oğlu // Məlumat kitabçası (2013–2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 89. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.
.
Həmçinin, bax: