Şəki Dövlət Təbiət Yasaqlığı
Şəki Dövlət Təbiət Yasaqlığı – 26 fevral, 1964-cü il tarixində yaradılmışdır. Sahəsi 10350 hektardır. Əyriçayın hövzəsində Yevlax – Şəki və Şəki – Oğuz şosse yolları arasında yerləşir.
Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Burada canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar da var.
Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, kolları keçilməz sahələr əmələ gətirir.
İstifadə edilmiş mənbə
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Şəki Dövlət Təbiət Yasaqlığı". eco.gov.az (azərb.). eco.gov.az. 30 Sep 2019 - 28 Nov 2019 tarixində arxivləşdirilib. Şablon:Yaxşı məqalə