Xan qəbiristanlığı
Jump to navigation
Jump to search
Qəbiristanlıq | ||
Xan qəbiristanlığı
| ||
Ölkə | Azərbaycan | |
Yerləşdiyi yer | Şəki | |
| ||
Koordinatlar | 41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E 41°12′09″N 47°11′30″E / 41.202529°N 47.191714°E |
Xan qəbiristanlığı — Şəkidə yerləşən və xanları ilə onların nəslindən olan şəxslərin dəfn edildiyi qəbiristanlıq.
Ümumi məlumat
Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15 –20-yə qədər yazılı başdaşı olmuşdur[1]. Hal-hazırda cəmi 10 yazılı başdaşı və cəmi bir digər təyinatlı epiqrafik abidə var.
Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində məlumat vermişdir[1]. Bir başdaşı hissəsi üzərindəki kitabəni isə 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir[2]. Qəbiristanlıqdakı bir başdaşı kitabəsinin oxunub-oxunmaması isə hələlik mübahisəlidir.
İstinadlar
- ↑ 1,0 1,1 Nemətova M.S., 1961, p. 18-37.
- ↑ Məmmədov A.S., 2009, p. 4.
İstifadə edilmiş mənbələr
- Nemətova M.S. Xan qəbiristanlığı"ndakı başdaşıların kitabələri haqqında (azərb.) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri : İctimai elmlər seriyası. — Bakı, 1961. — № 6.
- Məmmədov A.S. Şəki Xan qəbiristanlığı (azərb.) : "Şəkinin səsi" qəzeti. — 2009. — № 3 (436).