Şablon:3 noyabr
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
3 noyabr 1806-cı il tarixdə Nuxa qalasının 2 verstliyində (təqr. 2 km-liyində) rus generalı Nebolsinin qoşunu ilə Şəki xanı Səlim xanın qoşunu arasında həlledici döyüş baş verib. Döyüş səhər saat 8-dən axşam saat 7-yə qədər davam edib. Döyüşdə rusların əlinə keçmiş qənimətlər arasında Şəki xanlığının altı bayrağı da olmuşdur (bayraqlardan 3-ü indi Milli Tarix Muzeyində saxlanılır). Şəkil: Şəki xanlığının ordusu döyüşə başlayır – Şəki xan sarayında divar rəfi üzərində miniatür.
|
Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun sabiq aparıcı elmi işçisi Sərdar Babayev (1945–2022) 3 noyabr 1945-ci il tarixdə Nuxada, qulluqçu ailəsində anadan olub. Şəkil: Sərdar Babayev.
|
|
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Asif Rəhimov (1993–2020) 3 noyabr 2020-ci il tarixdə – 27 yaşında, Vətən müharibəsində qəhrəmancasına həlak olub. Şəkil: Asif Rəhimov.
|
Tanınmış teatr xadimi, teatr aktyoru, teatr rəssamı, xanəndə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının butafor sexinin rəhbəri Yunis Qarabağlı (1909–1985) 3 noyabr 1985-ci il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib. Şəkidə – Çöl qəbiristanlığında dəfn edilib. Şəkil: Yunis Qarabağlı.
|
|
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)