Hüseyn Mehdiyev
Hüseyn Mehdiyev | |
---|---|
Hüseyn Mahmud oğlu Mehdiyev | |
Hüseyn Mehdiyev | |
Doğum tarixi | 19 mart 1945 |
Doğum yeri | Şəki |
Peşəsi | rejissor, ssenarist, operator |
huseyn.az |
Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, kinoprodüseri, Azərbaycanın Əməkdar incəsənət xadimi (2000)[1], Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri.
Həyatı
Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub.
1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu operatoru[2], 1986-ci ildən quruluşçu rejissorudur.
"Dissonans", "Ancaq adanı özünlə apara bilməzsən", "Özgə vaxt" filmləri bir sıra beynəlxalq kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.
- Şair Tofiq Mahmudun qardaşıdır.
- Operator Nadir Mehdiyevin atasıdır.
Filmoqrafiya
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Babamızın babasının babası (film, 1981)
- Böyük anda sadiqik (film, 1981)
- Brakonyer, yoxsa balıqçı? (film, 1991)
- Daha bir fənd (film, 1978)
- Diaqnoz (film, 1991)
- Diplom işi (film, 1979)
- Dissonans (film, 1978)
- Dostuma məktub (film, 1992)
- İşgüzar səfər (film, 1982)
- Qəm pəncərəsi (film, 1986)
- Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
- Qız qalası əfsanəsi (film, 1923) (bərpanın layihə rəhbəri)
- Qoca palıdın nağılı (film, 1984)
- Məkanın melodiyası (film, 2004)
- Mirzə Fətəli Axundov (film, 1982)
- Özgə vaxt (film, 1996)
- Səhnədə keçən həyat (film, 1991)
- Süd dişinin ağrısı (film, 1987)
- Süni bənövşələr (film, 2007)
- Şahid qız (film, 1990)
- Şəhərli biçinçilər (film, 1986)
- Şuşa (film, 1978)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Tərlan Musayeva (film, 1980)
- Udi xalqı (film, 1993)
- Vah!.. (film, 1980)
İstinadlar
- ↑ Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.