Rena Çiftçi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:30, 30 iyun 2020 tarixli dəyişiklik
Rena Çiftçi | |
---|---|
az.: Rəna Şakir qızı Mustafayeva | |
Rena Çiftçi | |
Doğum tarixi | 6 fevral 1975 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Şəki |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan Azərbaycan→ Türkiyə |
İş yeri | Egey Universiteti (İzmir, Türkiyə), Dəqiq elmlər Fakültəsi, Fizika bölməsi, Nüvə fizikası kafedrası. |
Elmi dərəcəsi | fizika elmləri doktoru (2006) |
Elmi adı | dosent |
Təhsili | Ankara Universitetinin Dəqiq elmlər fakültəsi, fizika bölməsi – bakalavr (1993-1997), Ankara Universiteti Dəqiq Elmlər İnstitutu, fizika kafedrası – magistratura (1997-2000); doktorantura (2001-2006). |
Rena Çiftçi (az.: Rəna Şakir qızı Mustafayeva) — azərbaycanlı Türkiyə alimi, Egey Universiteti (İzmir, Türkiyə), Dəqiq elmlər fakültəsi, Fizika bölməsi, Nüvə fizikası kafedrasının müdiri, fizika elmləri doktoru, dosent.
Həyat və fəaliyyəti
1975-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilini 1982-1992-cı illərdə Şəki şəhərindəki 2 saylı məktəbdə, bakalavr təhsilini isə 1993-1997-ci illərdə Ankara Universitetinin Dəqiq elmlər fakültəsində (fizika bölməsi) alıb. Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında 1997-2000-ci illərdə magistraturanı, 2001-2006-cı illərdə isə doktoranturanı oxuyub. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilir.
Ailəsi
- Atası: Şakir Abdulkərim oğlu Mustafayev, elektrik montyoru idi.
- Anası: Zinaida Vladimirovna Mustafayeva.
- Həyat yoldaşı: Abbas Kenan Çi̇ftçi̇, fizika elmləri doktoru, 2017-ci ildən İzmir İqtisadiyyat Universiteti Dəqiq Elmlər İnstitutunun direktoru və Fizika bölməsinin rəhbəri. Daha əvvəl Ankara Universitetinin professoru olub.