Ceyran Mahmudova

Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni '{{Şəxs |piktoqram = musiqi |şəkil = Ceyran Mahmudova.jpg |milliyəti = azərbaycanlı |Doğum tarixi = 19.7.1964 |Doğum yeri = Bakı,...' ilə yarat) tərəfindən edilmiş 19:24, 4 iyul 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Ceyran Emin qızı Mahmudova (Şablon:DVTY) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.

Ceyran Mahmudova
Doğum tarixi 19.7.1964
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Emin Sabitoğlu

Haqqında məlumatlar

19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.

Təhsili

1971 – 1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində,

1982 – 1987-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində,

1987 – 1990-cı ilərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.

İş yerləri

1990 – 1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutununda kiçik elmi işçi, elmi işçi, baş elmi içşi,

1991 – 2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl müəllim, sonra dosent, daha sonra profesor,

2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində vəzifəsində çalışıb.

30 iyul 2018-ci il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Elmi fəaliyyəti

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” adlı mövzuda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.

2003-cü ildə dosent,

2017-ci ildə professor elmi adını alıb.

3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.

Digər

2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür.

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvüdür.

2010-2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.

Ailəsi

Məqalələri

  • Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, «Deniş», 1990;
  • Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., «Qobustan» toplusu, №1, 1991;
  • Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun «Xəbərlər» toplusu. B., №1, 1997;
  • Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. «Xəbərlər». B., №1, 1998;
  • Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair. «Xəbərlər». B., №1, 1998;
  • Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. «Xəbərlər». B., №1, 2000;
  • Mahnılarda yaşayan poeziya. «Musiqi dünyası» jurnalı. №2, 2000;
  • Rəsul Rza və Azərbaycan musiqisi. «Qobustan» toplusu. №2, 2001;
  • Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. «Musiqi dünyası». №3-4, 2001;
  • Zərif gözəllik qəlb sirdaşı... /C.Cahangirov/, «Musiqi dünyası». №3-4, 2001.
  • Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.
  • Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 - 2001).
  • Dövri mətbuatda məqalələr (1990 - 2001).[1]

Filmoqrafiya

  1. Gün keçdi (film, 2012)

Həmçinin bax

İstinadlar