Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əbdüləli bəy Əmircanov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ə{{Dövlət xadimi | azərbaycan dilində adı = Əbdüləli bəy Əmircanov | adın orijinalı = Əbdüləli Şirəli bəy oğlu | por...' ilə yarat) tərəfindən edilmiş 01:51, 18 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci Maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 1870(1870-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki, Bakı quberniyası,
Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 15 may 1948 (78 yaşında)

Əbdüləli bəy Əmircanov — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri.

Həyatı

Əbdüləli Şirəli bəy oğlu 1870-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1876-1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, LənkəranBakıda müəllim işləmişdi. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.

Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.

Əmircanov Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"na (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmuşdur. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarda Bakıda "Dəyanət" şirkətinin təsis olunmasında iştirak etmişdir. Aprel işğalından sonra İstanbula mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. O, 1948-ci ildə İstanbulda vəfat etmişdi.

Əbdüləli bəy Səltənət xanım Əlibəyova ilə ailə qurmuşdu. Fuad bəy, Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı.

Həmçinin bax