Cavanşir Feyziyev
Cavanşir Feyziyev | |
---|---|
Feyziyev Cavanşir Əyyub oğlu | |
Cavanşir Feyziyev | |
Cavanşir Feyziyev | |
Anadan olub | 12 iyul 1963 |
Anadan olduğu yer | Böyük Dəhnə, Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ |
Atası | Əyyub Bəşir oğlu Feyziyev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1986 – 1991) |
Mükafatları | |
Rəsmi saytı |
Cavanşir Feyziyev (Feyziyev Cavanşir Əyyub oğlu; d. 12 iyul 1963, Böyük Dəhnə, Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ) — 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən IV – VI çağırış Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd, IV – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü.
Haqqında məlumatlar
1963-cü ildə Vartaşen rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977 – 1980-ci illərdə isə Orjonikidze (Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbdə oxuyub. 1983 – 1985 həqiqi hərbi xidmətdə olub. 1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.
Karyerası
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru (1991 – 1992), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi (1992 – 1994), Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı (sentyabr 1994 – may 1995), ABŞ-nın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri (may 1995 – oktyabr 1998) və “AvroMed” şirkətinin baş direktoru (oktyabr 2002 – noyabr 2010)[qeyd 1] vəzifələrində çalışıb. 2004-cü ildən Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.
Milli Məclisdə
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Mədəniyyət Komitəsinin, Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların, Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü, Azərbaycan – Böyük Britaniya və Azərbaycan – Fransa parlamentlərarası işçi qruplarının rəhbəri, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri (yanvar 2017) olub.
İctimai aktivliyi
- 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
- “Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
- 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
- 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
- 2015-ci ildə Kolmar (Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur.
- 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Elmi fəaliyyəti
2004 – 2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.
2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində nəşr olunmuşdur.
2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı çapdan çıxmışdır.
2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı monoqrafiyası Azərbaycan dilində və sonrakı illərdə türk, qazax, qırğız, rus, boşnak və macar dillərində çap olunmuşdur.
2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.
2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir.
2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük Kör” romanını Azərbaycan dilinə tərcümə etmişdir.
2009 – 2019-cu illər arasında 60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur.
Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir.
Azərbaycan, rus, türk, fransız və ingilis dillərini bilir.
Mükafatları
- “Şöhrət çələngi” – 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən təltif edilmişdir.
- “Qızıl qələm” – 2010-cu ildə təltif edilmişdir.
- “Uğur” Milli Mükafatı – 2010-cu ildə Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə layiq görülüb.
- Beynəlxalq Türk Akademiyasının qızıl medalı – 2016-cı ildə təltif olunmuşdur.
- “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı – 2016-cı ildə Qazaxıstan Prezidentinin Fərmanı ilə təltif olunub.
- “Türk Dünyasının Şərəf medalı” – 2018-cı ildə təltif olunub.
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı – 2018-cı ildə təltif olunub.
- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – 2019-cu ildə təltif olunub.
- “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – 2019-cu ildə təltif olunub.
Qeydlər
- ↑ 2007 – 2016-cı illərdə “AvroMed” şirkətinin səhmdarı olub.
İstifadə edilmiş mənbələr
Xarici keçidlər
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- 12 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1963-cü ildə doğulanlar
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)