Elman Mustafayev (coğrafiyaşünas-pedaqoq)
Elman Mustafayev (Mustafayev Elman Abduləli oğlu; d. 11 may 1949-cu ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – coğrafiyaşünas-pedaqoq, bir sıra məsul vəzifələrdə çalışmış, o cümlədən, 1991-ci ilin avqust – sentyabr aylarında Azərbaycan KP Şəki şəhər komitəsinin katibi və büro üzvü olmuşdur. 2000 – 2018-ci illərdə Şəki şəhər 17 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyib və 2018-ci ildə təqaüdə çıxıb.
Elman Mustafayev | |
---|---|
Mustafayev Elman Abduləli oğlu | |
Elman Mustafayev | |
Elman Mustafayev, 29 avqust 2018-ci il | |
Anadan olub | 11 may 1949 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Sevda Mustafayeva |
Uşaqları | Rüfət, Tural, İlqar |
Atası | Abduləli |
Anası | Münəvvər |
Vətəndaşlıq | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Dini | islam |
İxtisası | coğrafiyaşünas |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya fakültəsi |
Haqqında məlumatlar
11 may 1949-cu il tarixdə Nuxada anadan olub.
Təhsili
1956–1966-cı illərdə 10 saylı Nuxa şəhər orta məktəbində,
1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1967 – 1971-ci illərdə arasında V.İ.Lenin adına Nuxa Bədii İstehsalat kombinatında əvvəl köməkçi işçi, sonra isə briqada rəhbəri olub.
1976 – 1979-cu illərdə Şəki rayon Dərəcənnət kənd səkkizillik məktəbində coğrafiya müəllimi vəzifəsində çalışıb.
1979 – 1981-ci illərdə Şəki şəhər Könüllü Kitabsevərlər Cəmiyyətininin məsul katibi olub.
1981 – 1985-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsinin təbliğat və təşviqat şöbəsində təlimatçı,
1985 – 1991-ci illərdə Azərbaycan KP Şəki şəhər komitəsinin siyasi-maarif kabinəsinin müdiri,
1991-ci ilin mart – avqust ayları arasında Azərbaycan KP Şəki şəhər komitəsində partiya təşkilatçısı vəzifəsində çalışıb.
1991-ci ilin avqust – sentyabr aylarında isə Azərbaycan KP Şəki şəhər komitəsinin katibi və büro üzvü olub.
1992-ci ildə Şəki şəhər Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında sədr seçilib.
1993 – 1994-cü illərdə Şəki Tütün fermentasiya zavodunun tütün tədarükü məntəqəsində müdir müavini,
1994 – 1999-cu illərdə Şəki rayon Meşə təsərrüfatı idarəsinin müdiri,
1999 – 2000-cu ildə Şəki şəhər Təhsil şöbəsində direktor müavini,
2000 – 2018-ci illərdə isə Şəki şəhər 17 saylı tam orta məktəbin direktoru olub.
2018-ci ildə təqaüdə çıxıb.
Ailəsi
Ailəlidir. 3 oğlu 5 nəvəsi var;
- həyat yoldaşı: Mustafayeva Sevda Mirzəxan qızı – təqaüdçüdür, uzun illər coğrafiya müəllimi işləyib.
- böyük oğlu: Mustafazadə Rüfət – Kürdəmir Rayon Polis Şöbəsində İstintaq Bölməsinin rəisi vəzifəsində işləyir.
- ortancıl oğlu: Mustafayev Tural – Bakı şəhərində yerləşən “Mustafaoğlu” holdingin təsisçisi və rəhbəridir.
- kiçik oğlu: Mustafayev İlqar – Şəki şəhər 17 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir.