Elman Mustafayev (kitab satıcısı)
Elman Mustafayev | |
---|---|
Anadan olub | 1940 | [[Kateqoriya:{{{3}}} qeyri-müəyyən ayda doğulanlar]]
Anadan olduğu yer | Şəki |
Vəfat edib | 10 fevral 2019 |
Vəfat etdiyi yer | Bakı |
Peşəsi | kitab satıcısı |
Həyatı
Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur[1].
Orta təhsilini elə doğma şəhərdə almışdır[1].
Cavan vaxtlarımda orkestrdə tar çalmışdır[1]. Sonra iki illik kulinar şagirdlik məktəbini bitirmişdir[1]. Bir müddət Şəkidə restoran müdiri, daha sonra elektrik işləmişdir[1].
Litvanın Kaunas şəhərində Sovet Ordusunda xidmət edərkən[2] suvaqçı, rəngsaz, bənnalıq kimi inşaatçı ixtisaslarına yiyələnmişdir[1].
Amma uşaqlıqdan kitaba olan həvəsi ilə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində "Kitab-əmtəəşünaslıq və biblioqrafiya" ixtisası üzrə ali təhsil almışdır. Gündüzlər işləmiş, gecələr isə universitetdə oxumuşdur[1].
2018-ci ilin sonlarından xəstə olan Elman dayı 2019-cu ilin fevral ayının 11-də vəfat etmişdir[3].
Kitab sahəsində fəaliyyəti
50 ildən çox kitab sahəsində çalışmışdır[3]. Hələ tələbəlik illərindən kitab mağazasının müdiri işləmişdir[1].
1967-1980-ci illərdə Bakıda Fəvvarələr meydanının yanında Tədris Pedaqoji Kitab Mağazasının[q 1] direktoru vəzifəsində işləmişdir[4].
O, 1980-1985-ci illərdə ilk Bakı Kitab Evinin ilk direktoru olmuşdur[4]. Kitab evinin direktoru olduğu müddətdə elm, mədəniyyət, incəsənət xadimləri ilə mütəmadi görüşlər təşkil etmişdir. Xarici ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli kitab sərgilərində Azərbaycanı təmsil etmişdir.
1985-ci ildən[5] həyatının sonuna qədər İçəri Şəhərdə, Qız qalasının yaxınlığında yerləşən kitab mağazasının - İçəri Şəhər kitab evinin direktoru idi[6]. 2005-ci ildən işlədiyi mağazanı özəlləşdirərək[1], onun sahibi olmuşdur. Oxucular arasında həmin mağaza "Elman dayının kitab dükanı" kimi tanınırdı[6].
Yaradıcılığı
Elman Mustafayev "Kitab əhlinin sərrafı oldum" adlı kitabın müəllifidir. Həmin kitab 2013-cü ildə Bakıdakı "Elm" nəşriyyatında çap olunub. Əsərdə onun ədəbiyyat sahəsindəki çalışmaları, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlər və baməzə adamlarla bağlı acılı-şirinli xatirələri, o cümlədən mətbuatda onun haqqında çap olunmuş yazılar yer almışdır[7].
Qeydlər
- ↑ İndi həmin yerdə Prezident Kitabxanası yerləşir.
İstinadlar
- ↑ 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 1,8 Sadə peşəkar - 7 ixtisaslı məşhur kitab satıcısı: “Kitab satmağı kartof satmağa döndəriblər” - PROJE. modern.az, 02.05.2012 (azərb.)
- ↑ Elxan Xanəlizadə. KİTAB ALLAHI. 24.01.2011 (azərb.)
- ↑ 3,0 3,1 Bakının ən məşhur kitabçısı vəfat edib. modern.az, 13.02.2019 (azərb.)
- ↑ 4,0 4,1 Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi - FOTOLAR. musavat.com, 02.04.2017 (azərb.)
- ↑ “Bakıda kitab ticarəti həmişə yüksək olub”. medeniyyet.az, 23.09.2013 (azərb.)
- ↑ 6,0 6,1 İngiltərədə kitab dükanları, Əli və Nino və Elman dayı. bbc.com, 15.09.2014 (azərb.)
- ↑ Elman Mustafayev. "Kitab əhlinin sərrafı oldum", Bakı, "Elm" nəşriyyatı, 2013 (azərb.)