Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ədəbiyyat:7 Şəki nağılı

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: Əd. ==Şahzadə== Biri vardı, biri yoxdu, bir padşah var idi. Onun cürbəcür üzüm növləri olan gözəl bir bağı var idi. Bir dəfə padşah bağ...' ilə yarat) tərəfindən edilmiş 15:38, 19 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Şahzadə

Biri vardı, biri yoxdu, bir padşah var idi. Onun cürbəcür üzüm növləri olan gözəl bir bağı var idi. Bir dəfə padşah bağda gəzirdi və üzümlərə baxıb fərəhlənirdi. Birdən, o gördü ki, orda-burda tənəklər sındırılıb və üzümlər də xarab edilib. O, bağbanını və öz nökərlərini çağırıb soruşdu: Padşahın bağını xarab etməyə kim cəsarət edib? Onlar hamısı cavab verdilər ki, bu barədə heç nə bilmirlər. Padşahın üç oğlu var idi. O, böyük oğlunu göndərdi bağa qarovula. Amma şahzadə özünü saxlaya bilməyib yatdı. Səhər məlum oldu ki, gözəgörünməz düşmən yenə də bağa girmiş, tənəkləri qırmış, üzümləri də xarab etmişdir. Padşah ortancıl oğlunu göndərdi, amma bu da heç nə bilmədi. Axırda, qarovula kiçik şahzadə gedir. Səhərə qədər ayıq-sayıq qalmaq üçün, gənc şahzadə barmağını kəsdi və ağrısı daha da çox olsun deyə, yarasının da üstünə duz səpdi.

Şahzadə əlində ox-kaman, oturub səbirlə düşməni gözləyir. Budur görür: nəhəng və əcaib div[1] gəlir. Bağın içi ilə gedir, tənəkləri qırır və üzüm yığır. Şahzadə yayı dartıb oxu buraxdı, amma dəymədi. Div bağda insan əməlini hiss edən kimi, qaçmağa başladı, şahzadə isə cumdu onun dalınca.

Onlar xeyli müddət qaçdılar, şəhərdən xeyli uzaqlaşdılar və bir səhraya yetişdilər. Nəhayət, div böyük bir daşa yetişib onu qaldırdı, düşdü quyuya və gözdən itdi. Şahzadə evə döndü, uzun kəndir götürdü, qardaşlarını çağırdı və onlarla birlikdə daşın yanına qayıtdı. Qardaşlardan heç biri daşı tərpədə bilmədi, amma kiçik şahzadə bir dəfə əlini vurmaqla onu götürüb kənara atdı. O, kəndiri belinə sarıdı və qardaşlarına göstəriş verdi ki, onu quyuya sallasınlar və gözləsinlər. Qardaşlar şahzadəni quyuya salladılar, orda oturub gözlədilər. Quyu çox dərin idi. Şahzadə elə ki onun dibinə çatdı, kəndiri özündən açdı və başladı irəliləməyə. O, yerin altında xeyli getdi. Nəhayət, gördü ki üç gözəl qız taxtda oturub. Şahzadəni görən kimi ona qışqırdılar:

– Ay bədbəxt! Bura necə gəlmisən? Bu saat div durar, o sənə rəhm etməz, səni öldürər.

Şahzadə isə onlara dedi:

– Mən eşitmişəm ki divlər canlarını şüşədə saxlayırlar. Siz mənə göstərin ki sizin divin həmin şüşəsi hardadı, mən isə onu öldürüm və sizi də azad edim.

Hamısından ən qəşəngi olan gənc qız, şahzadəyə istədiyi şüşəni göstərdi və yenə qaçdı öz yerinə. O, divin canı olan şüşəni götürdü. Div hiss eləyən kimi ki onun canı düşmənin –Adəm evladının əlindədir həmin dəqiqə nərə çəkdi və çıxdı döyüşə. O, şahzadənin üstünə atılıb onu parçalamaq istədi. Amma şahzadə şüşəni daşa çırpdı və nəhəng yıxılıb öldü. Bu işdən şad olan qızlar şahzadəni əhatəyə alıb, qalib gəldiyinə görə onu təbrik etdilər və azad olduqlarına görə minnətdarlıq etdilər. O, qızların hamısını düşdüyü yerdəki kəndirin yanına gətirdi və bunu əvvəlcə yaşca ən böyük qıza sarıyıb qardaşlarına qışqırdı ki dartsınlar. Onu dartıb çıxardılar. Sonra ikinci qız çıxarıldı. O zaman ki növbə kiçik qıza çatdı, bu, şahzadəyə dedi:

– Mən o biri qızlardan qəşəngəm. Əgər, sənin qardaşların məni görərlərsə, onda, səni burdan çıxarmazlar və sən quyunun dibində həlak olarsan. Qoy əvvəl səni çıxarsınlar, sonra isə məni.

Şahzadə cavab verdi ki:

– Yox! Birinci sən çıx, sonra isə mən çıxaram. Qardaşlarım məni burda qoymazlar!

Qız dedi:

–Yaxşı, amma yadında möhkəm saxla, əgər onlar səni çıxarmasalar, onda bu tərəfə get – əvvəlcə iki qoyunla rastlaşacaqsan, biri qara, biri ağ. Əgər sən ağ qoyunun belinə otura bilsən, o səni işıqlı dünyaya atacaq, əgər çaşıb qara qoyunun belinə otursan, o səni qaranlıq dünyaya atacaq. Qara qoyundan qaç və yalnız ağ qoyunun belinə min, onda, tezliklə bizə qovuşarsan!

Bundan sonra qızı quyudan çıxardılar. O vaxt ki növbə şahzadəyə çatdı, qardaşları onu quyunun ağzına azca qalana qədər qaldırıb, birdən kəndiri kəsdilər və bədbəxt şahzadə quyunun dibinə yuvarlandı. Özləri isə qızları evə apardılar və atalarına dedilər ki, guya, onların kiçik qardaşları quyuya birinci düşüb və divlə davada həlak olub. Bundan sonra isə özləri quyuya düşmüş, divi öldürmüş, həmin qızları azad etmiş və evə gətirmişlər. Padşah da kiçik oğlu haqqında böyük qardaşların danışdıqlarına inandı.

Kiçik şahzadə isə quyunun dibində özünə gəldikdən sonra durub, gözəl qızın göstərdiyi tərəfə getdi. O, orada qara və ağ qoyunu tapdı və istədi ağ qoyunun belinə minsin amma qara qoyun onu çaşdırdı və o, bunun belinə sıçrayaraq qaranlıq dünyaya düşdü. Həmin dünyada xeyli gəzib-dolaşdı. Nəhayət, gördü ki, bir qız əlində yemək aparır. O, qızdan soruşdu:

– Bu nədir?

Qız cavab verdi:

– Bu plovdur.

– Hara aparırsan onu?

– Orada bir əjdaha var. O, çayın başında oturub və bizə su vermir. Mən bu plovu aparıram ona. Əjdaha plovu yeyən vaxt, mən səhəngimi doldurub evə gətirəcəyəm. Bizdə hamı hər gün belə edir.

O, plovu qızın əlindən alıb yeyəndən sonra əjdahanın yanına getdi və onu öldürüb suyu buraxdı. Bunu görən qız əllərini əjdahanın qanına boyayıb şahzadənin kürəyinə basdı. Bundan bir neçə adam xəbərdar olub getdilər o yerin padşahına xəbər verməyə ki, guya, onlar imiş əjdahanı öldürənlər və onun camaatının canını qurtaranlar.

Bundan sonra şahzadə yoluna davam etdi və qollu-budaqlı böyük bir ağac gördü. O, dincəlmək üçün ağacın kölgəsində yatdı. Birdən yuvada olan quş balaları, elə haray-həşir saldılar ki, şahzadə diksinib yuxudan ayıldı. O gördü ki uzun və əcaib bir ilan quş balalarını yemək üçün ağaca dırmaşır. Onlar isə vahiməyə düşüb hay-küy salıblar. O, ilanı öldürüb atdı, qayıtdı öz yerinə və yenə yatdı. Şahzadə yatan zaman, yuvaya böyük bir quş – quşcuğazların anası qondu. Şahzadəni görən kimi: «deməli, budur hər gün balalarımı bir-bir yeyən düşmən!» deyə, fikirləşib şahzadənin üstünə şığıdı. İstədi ki qanadı ilə onu vursun, o saat balaları yuvadan qışqırdılar:

– Anaaa, ona dəymə! O, bizim düşmənimizi – ilanı öldürdü və bizi xilas etdi!

Onda, quş böyük qanadlarını şahzadənin başının üstündə geniş açdı və onu günəş şüasından mühafizə etdi. O vaxt ki şahzadə yuxudan doydu və ayağa qalxdı, quş ondan soruşdu ki balalarını ilandan xilas etməsinin əvəzində nə istəyir? Şahzadə isə heç nə istəmədi, bircə, xahiş etdi ki onu işıqlı dünyaya çıxarsın. Quş göstəriş verdi ki, bir qoyun və bir bardaq süd gətirsin. Şahzadə o yerin padşahının yanına yollandı və bildirdi ki o, əjdahanı öldürüb və onun təbəələrinə su verib. Padşah ona inanmadı. Onda, şahzadə dedi ki bunu filan qız görüb. Qız isə şahzadənin sözünü təsdiq etdi. Onda, padşah qıza sual verdi ki bunu necə sübut edə bilər? Qız şahzadənin kürəyindəki qanlı işarəni göstərib dedi ki bunu öz əli ilə vurmuşdur. Hamı inandı və soruşdular ki öz zəhmətinin müqabilində nə istəyir? «Bir qoyundan və bir bardaq süddən başqa heç nə!» deyə, şahzadə cavab verdi. Həmin saat tələb olunan şeyləri ona verdilər. O, qoyunu kəsdi, ətinin və bir bardaq südün hamısını gətirdi quşun qabağına. Quş ona dedi ki, nə vaxt «qağ» deyə, qışqırarsa, onda, ona bir tikə ət verməlidir, «çağ» deyə, qışqırdıqda isə süd. Şahzadə əti və südü götürüb quşun belində oturdu. Quş öz yükünü qaldırdı yuxarı və yuxarıda öz «qağ» və «çağ» larını qışqıran vaxt, elə, şahzadədən ət və süd alır. Onlar artıq xeyli yüksəyə qalxmışkən, işıqlı dünyaya çatmağa azca qalmışkən isə ət qurtardı. Amma quş qışqırdı «qağ!». Nə etməli? Şahzadə belə etdi: bıçağını çıxarıb öz ayağından bir tikə ət kəsdi və verdi quşa. Quş o saat başa düşdü ki bu, insan ətidir və onu udmayıb dilinin altında saxladı. O, son gücünü toplayıb işıqlı dünyaya çıxdı. Quş şahzadəni yerə qoydu və ona təklif etdi ki, ayağa durub getsin. Amma şahzadə ağrısını quşdan gizlətmək üçün, guya, yorulub və dincəlməlidir, deyə getməkdən imtina etdi. Quş dayanıb xeyli gözlədi. Şahzadə isə ayağa duran kimi o saat yıxıldı, səhhəti hərəkət etməyə imkan vermədi. Quş dilinin altından əti çıxardıb onu şahzadənin yarasına qoydu və öz qanadları ilə bunu sıxdı. Ondan sonra onun ayağı tamamilə sağaldı.

Şahzadə ayağa durdu və öz ölkəsini axtarmağa getdi. Xeyli axtardıqdan sonra nəhayət öz vətənini tapdı. Getdi atasının yanına və öz qardaşlarının etdikləri haqda ona danışdı. Ata –padşah, öz böyük oğlanlarını çağırıb onları edam etdirdi. Kiçik oğlunu isə vəliəhd təyin etdi və onu kiçik qızla evləndirdi.

Xeyirxah və Alçaq

Biri vardı, biri yoxdu. Allahdan başqa, əvvəl kimsə yox idi.

Vardı bir xeyirxah və bir alçaq adam. Onlar öz aralarında dostluq edirdilər. Bir dəfə, onlar yol ilə gedirdilər, hər birinin zənbilində bir çörək vardı. Yolda onlar acdılar və Alçaq, Xeyirxaha dedi:

– Gəl birinci sənin çörəyini yeyək, bir də nə vaxt acdıq, belə yeyərik mənim çörəyimi.

Bu minvalla, o, Xeyirxahı aldatdı və onun çörəyi yeyilmiş oldu. Bir xeyli vaxt keçəndən sonra Xeyirxah acdı və Alçağa dedi:

– Gəl qardaş, indi sənin çörəyini yeyək!

– Bağışla əzizim, bacarmaram! Əgər biz indi mənim çörəyimi yesək, onda, sonra mən acından ölərəm ki, – deyə o biri cavab verdi.

Öz yoldaşının bu hərəkətindən inciyən xeyirxah adam, ondan ayrıldı və başqa yolla getdi.

Ac-acına xeyli yol getdi və nəhayət, köhnə bir xaraba dəyirmana rast gəldi. O girdi dəyirmana, qalxdı dəyirman təknəsinə və orada uzanıb gecələdi. Gecə, bir də gördü ki, dəyirmana Ayı girdi, dalınca da Qurd və Tülkü. Üç yoldaşın üçü də dəyirmanın içində əyləşdi. Ayı və Tülkünün kefi saz idi, əylənir və gülürdülər, amma Qurd acıqlı və bikef idi və lal-dinməz oturmuşdu. Birdən, ayı tülküyə üz tutub dedi:

– Tülkücan, de görüm nə səbəbdən kefin bu qədər sazdır?

– Niyə də kefim saz olmasın? –deyə tülkü cavab verdi, – bax, o kənd yaxınlığında çox hündür, qollu-budaqlı bir ağac durur. Onun altında xeyli xəzinə gizlədilib. Oradan mən pul götürürəm və onları xərcləyirəm və Allaha şükür, çox yaxşı yaşayıram.

– Bəs sən niyə şənsən? –deyə Tülkü müraciət etdi ayıya.

– O meşə ki yerləşir odur ha, o dağın üstündə, kənarında bir qocaman ağac var, – cavab verir ayı, –onun bütün yekə koğuşları balla doludur: hər gün mən qalxıram o ağaca və bal yeyirəm. Nə dərdim ola bilər ki?

– Qardaş, bəs sən niyə belə qəmgin və bikefsən? – deyə onlar qurddan soruşdular.

– Niyə bikef olmayım? –deyə qurd mırıldadı, –üç gündən artıqdır ki, mən acam. Kəndin ətrafında naxır durur; amma orda yekə bir köpək var, hansı ki, səhərə qədər gözünü qırpmır və hamı naxırdan yan keçir, belə ki, nə qədər cəhd etsəm də, heç cürə ordan qoyun gətirmək və yemək mənə müyəssər olmur. Və qəribə işdir, heç kim bu köpəyi öldürmür, öz aramızda qalsın, kim etsə idi bunu, bu onun üçün çox xeyirli ola bilərdi. Bu yerin padşahının qızı xəstələnib və onu heç bir həkim sağalda bilmir. Ona görə padşah vəd edib ki, kim sağaltsa onun qızını, qızını ona ərə verəcək. Əgər bu köpəyin beynini o naxırdakı bir qara qoyunun beyni ilə qarışdırsan və bu qarışığı padşah qızına yeməyə versən, onda, qız sağalar. Amma mənim bədbəxtliyimdən, bir adam tapılmır, kim bilsəydi bu barədə, sağaldardı gözəl şahzadəni və alardı onu özünə, məni də bu lənətə gəlmiş köpəkdən xilas edərdi!

Xeyirxah adam bu söhbətin hamısına qulaq asdı. O, səhər ayağa qalxdı və qızı xəstə olan padşahı axtarmağa getdi. Padşahı soraqlaşıb, o, yola düşdü onun paytaxtına və söz buraxdı ki, padşah qızını sağalda bilər. O saat bu barədə padşaha xəbər çatdırdılar. O, xeyirxah adamı yanına çağırdı və dərdinə əlac istədi, söz verdi ki, öz vədini həmin saat yerinə yetirəcək. Onda xeyirxah adam göstəriş verdi ki, o sürüdən qara qoyunu və yekə köpəyi gətirsinlər, onları kəsdi, onların beynini çıxarıb qarışdırdı və verdi şahzadəyə yeməyə, ona görə də qız sağaldı. Padşah, qızını verdi Xeyirxah adama, çox böyük təmtəraqlı toy çaldırdı. O öz kürəkənini adam elədi və onu var-dövlət içində üzdürdü. Xeyirxah adam hündür ağacın altındakı bütün xəzinələri və balı da axtarıb tapdı və götürdü özünə və naz-nemət və cah-cəlal içində yaşamağa başladı.

Neçə vaxtdan sonra Xeyirxah adama onun sabiq dostu – kasıb və lüt halda olan Alçaq adam rast gəldi, onu belə var dövlət və cah-cəlal içində görüb soruşdu:

– Qardaş, sən necə çatdın bu mərtəbəyə?

O biri dedi:

– Filan yerdə, filan tərəfdə bir dəyirman var. Get ora, gir təknənin içinə və gecələ, onda sən bilərsən mən necə qazandım bütün bunları.

Alçaq adam getdi, axtarıb tapdı dəyirmanı, girdi təknənin içinə və gözlədi. Gecə dəyirmana yenə gəlib çıxdı: Tülkü, Qurd və Ayı. Bu dəfə Qurd şən idi, o biri ikisi isə bikef. Ayı Tülküdən soruşur ki, –«nə üçün o kefsizləşib?»; Tülkü də cavab verir ki, –«onun xəzinəsini talan ediblər, indi daha necə yaşasın». Ayı bildirdi ki, ağacı kəsiblər və balı aparıblar. Qurd isə dedi:

– Lənətə gəlmiş köpəyi öldürüblər və beynini padşaha aparıblar. Artıq, indi mənim düşmənim yoxdur. Hər gün mən bir qoyun aparıram və yeyirəm!

– Yəqin ki kimsə bizə qulaq asır, –deyə Tülkü barmağını dişlədi.

– Yoxsa, kim bilə bilərdi bizim sirrimizi? –qeyd elədi Ayı.

– Gəl, axtaraq onu, bəlkə indi də burdadır.

Onlar başladılar

  1. Yerli tatarlara (–şəkililərə, A.S.) görə insan şəklində olan div, yaxud dev – nəhəng boya və hədsiz gücə malikdir; amma onun buğa buynuzu və buğa quyruğu var; Adəm övladı ilə isə daima ədavət saxlayır, Cоб.