Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

İbrahimxəlil Balayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: İ{{Şəxs |Adı = İbrahimxəlil Balayev |Orijinal adı = |Şəkil = İbrahimxəlil_Balayev2.jpg |Şəkil miqyası = |Ş...' ilə yarat) tərəfindən edilmiş 23:27, 19 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
İbrahimxəlil Balayev
İbrahimxəlil Balayev
İbrahimxəlil Balayev
Doğum tarixi 21 dekabr 1968 (1968-12-21) (55 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Aşağı Göynük, Şəki rayonu
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası konstitusiya hüququ
Təhsili Bakı Dövlət Universiteti

İbrahimxəlil Balayev (Balayev İbrahimxəlil Nəriman oğlu; d.  21 dekabr 1968, Aşağı Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — 2015 və 2020-ci illərdə 114 saylı Şəki Kənd Birinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd.

Haqqında məlumatlar

1968-ci ildə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub. İbtidai və orta təhsilini Zaqatala şəhərindəki 1 saylı məktəbdə (1975 − 1976), Şəki rayonunun Aşağı Göynük kənd məktəbində (1976 – 1982 və 1985), Cəmşid Naxçıvanski adına hərbi məktəbdə (1982 – oktyabr 1984), Şəki şəhərindəki 8 saylı məktəbdə (oktyabr 1984 – yanvar 1985) alıb.

1985-ci ildə ali təhsil almaq üçün Rusiyanın Omsk şəhərinə gedib. Orada ali məktəbə hazırlaşmaqla yanaşı, həm də «Elektrotoçpribor» İstehsalat Birliyində işləyib. 1986-cı ildə Omsk Dövlət Universitetinin hüquq fakültəsinə daxil olsa da, elə həmin ildə də hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra təhsilini Omsk Dövlət Universitetində (1988 – 1992) və Bakı Dövlət Universitetində (1993 – 1994) davam etdirib.

Elmi-pedoqoji və tərcümə fəaliyyəti

1995 − 1999-cu illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun «Dövlət quruculuğu və hüquq» kafedrasında baş müəllim vəzifəsində çalışmış, 2000 − 2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqi Tədqiqatlar Mərkəzində elmi işçi kimi tərcümə fəaliyyəti ilə məşğul olmuşdur.

2002 − 2004-cü illərdə Almaniyanın Yohann Volfanq Höte adına Frankfur (Mayn) Universitetinin Hüquq fakültəsinin «Publik Hüquq» kafedrasında «Azərbaycan Respublikasında və Almaniya Federativ Respublikasında icraedici hakimiyyətə konstitusiya nəzarətinin müqayisəli-hüquqi analizi» mövzusu üzrə elmi iş üzərində işləyib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblərin hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələri üçün təsdiq olunmuş «Xarici ölkələrin Konstitusiya hüququ» kursunun öyrənilməsi üçün metodik tövsiyələrin (1999), «Beynəlxalq hüquq kursunun proqramı»-nın (2000) və «Beynəlxalq Hüquq. Ümumi hissə» adlı dərsliyin (2000) müəllifi, «Xarici ölkələrin Konstitusiya hüququ. Ümumi hissə» dərsliyinin (2001) rus dilindən azərbaycan dilinə tərcüməçisidir.

İsrail və Yaponiya ilə bağlı ona qədər kitabı azərbaycan dilinə çevirmişdir.

İctimai aktivliyi

2003-cü ildən Almaniyanın Frankfurt (Mayn) şəhərində fəaliyyət göstərən «Almaniyada azərbaycanlılar və Azərbaycan Dostları Birliyi»-nin sədri olub.

2004-cü ilin aprelindən Avropa Azərbaycanlıları Konqresinin (AAK) idarə heyətinin üzvüdür.

2015 və 2020-ci illərdə 114 saylı Şəki Kənd Birinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd olub.