Şəfiqə Axundova
Şəfiqə Axundova (Axundova Şəfiqə Qulam qızı; d. 21 yanvar 1924-cü ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 26 iyul 2013-cü ildə, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının xalq artisti (1998). Şərqdə opera yazmış ilk qadın bəstəkar[1].
Şəfiqə Axundova | |
---|---|
Axundova Şəfiqə Qulam qızı | |
Şəfiqə Axundova | |
Şəfiqə Axundova, 2010-cu il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1924 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 26 iyul 2013 (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban, Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Peşəsi | bəstəkar |
|
|
Təhsili | Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
|
Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var |
Haqqında məlumatlar
21 yanvar 1924-cu il tarixdə Nuxada, tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub[2].
Təhsili
1943 – 1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi məktəbində ilk musiqi təhsilini alıb.
1956-cı ildə təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirməyə başlayıb və Boris Zeydmanın sinfini bitirib[3].
Yaradıcılığı
1972-ci ildə «Gəlin qayası» operasını yazıb (Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında). Bu bütün Şərqdə qadın tərəfindən yazılmış ilk opera idi[1].
Vəfatı
Həyatının son illərində Şəfiqə Axundovanın səhhəti xeyli pisləşmişdi. Ayaqlarında, nitqində və yemək qəbulunda problemlər yaranmışdı. 11 iyul 2013-cü il tarixdə Şəkidə olarkən səhhəti qəflətən daha da pisləşmiş, əvvəl Şəki Mərkəzi rayon Xəstəxanasının, sonra isə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, növbəti günlərdə vəziyyəti bir qədər yaxşılaşsa da, 26 iyul tarixdə saat 12 radələrində reanimasiya şöbəsində vəfat etmişdir. 27 iyul tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmuş vida mərasimindən sonra Fəxri Xiyabanda dəfn edilmişdir[4].
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni, 1959.
- Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1973[3].
- Azərbaycan Respublikasının xalq artisti, 1998.
- Şöhrət ordeni, 2004[2].
Filmoqrafiya
İstinadlar
- ↑ 1,0 1,1 Şərqdə ilk opera bəstələyən qadın- Şəfiqə Axundova vəfat edib. // az:BBC. 26.07.2013 (azərb.)
- ↑ 2,0 2,1 Скончалась композитор Шафига Ахундова.
- ↑ 3,0 3,1 Ахундова, Шафига Гулам-кызы // Большая русская биографическая энциклопедия (электронное издание). — Версия 3.0. — М.: Бизнессофт, ИДДК, 2007.
- ↑ Состоялась церемония прощания с композитором Шафигой Ахундовой