Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:54, 5 sentyabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Şəki Ensiklopediyası
Logo1234.png
Şəki Ensiklopediyasının böyük loqosu.

Yaranma tarixi 2019
Rəsmi dili azərbaycan
Fəaliyyət göstərdiyi yer internet
Qurucusu Aydın Məmmədov
https://shaki.info/

Şəki Ensiklopediyası Şəkiyə dair, azərbaycanca interaktiv bir veb-ensiklopediya və hamı tərəfindən redaktə edilə bilən açıq bir viki-saytdır. Burada hər bir kəs ensiklopediklik meyarlarını və daxili üslubu gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 7 oktyabr 2022-ci il tarixdə, UTC vaxtı ilə saat 02:34 radələrində, Şəki Ensiklopediyasında cəmi 1.059 məqalə var ki, bunlardan da yalnız 982 məqalə “Yoxlanılmış məqalə” (“YM”) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə “YM” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopediklik tələblərinə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələrin ensiklopedikləşdirməyə çalışırıq. Nəzərə alın ki, bu sayt 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş (25.05.2019-cu il tarixdə yaradılmışdı), 26 mart 2021-ci il tarixdən isə www.shaki.info domenində fəaliyyət göstərməyə başlamışdır.

Şəki Ensiklopediyasının baş redaktoru: Aydın Məmmədov (müzakirə)

E-mail: admin@shaki.info.

Tel. : +994 55 793 23 83.

Maliyyə dəstəyi Facebook qrupumuz Facebook səhifəmiz

Bildiriş № 1[HTML redaktə]

Əgər 19 dekabr 2021-ci il tarixdə Şəki Ensiklopediyasında cəmi məqalə sayı 855, yoxlanılmış məqalə sayı 670, bunlar arasındakı fərq isə 185-dirsə, ola bilər ki biz 2022-ci ilin sonunda bu fərqi əhəmiyyətli şəkildə azalda biləcəyik, bəlkə də tamam yox edəcəyik. 2022-ci il üçün isə əsas hədəfimiz isə “YM” statuslu məqalə sayını 2022-ci ilin sonunadək 1000-ə çatdırmaqdır. 2022-ci il üçün başqa planımız yoxdur. Amma sonrakı bir neçə il ərzində Şəki Ensiklopediyasındakı məqalələrin sayını 3000 – 3500-ə çatdırmağı nəzərdə tutmuşuq.

Hörmətlə, Aydın Məmmədov (müzakirə) 21:11, 19 dekabr 2021 (+04),

Bildiriş № 2[HTML redaktə]

Google Analitikada Shaki.info saytının statistikası (04.09.2021 – 03.09.2022).

2021-ci ilin 4 sentyabrından başlamaqla 1 il ərzində Şəki Ensiklopediyası saytını 50 min 4 dəfə oxucu ziyarət etmiş, saytın gündəlik oxucu sayı isə heç vaxt (365 dəfə) 100-dən az olmamış, o cümlədən, gündəlik oxucu sayı 295 dəfə 150-dən, 135 dəfə 200-dən, 49 dəfə 250-dən, 17 dəfə isə 300-dən az olmamışdır.

O cümlədən, 28 yanvar 2022-ci il tarixdə bir gün ərzində saytımızı 405, 13 fevral 2022-ci il tarixdə bir gün ərzində saytımızı 411, 16 iyun 2022-ci il tarixdə bir gün ərzində saytımızı 872, 29 aprel 2022-ci il tarixdə isə bir gün ərzində saytımızı 894 nəfər oxucu açmışdır.

Saytımız əsasən Android (49.73%) və iOS (35.23%) mobil əməliyyat sistemləri ilə və Windows (13.34%) kompüter əməliyyat sistemi ilə açılmışdır. Başqa sözlə saytımızın açılması 85%-ə yaxın nisbətdə mobil cihazlar, cəmi 15%-ə yaxın nisbətdə isə kompüterlər vasitəsi ilə baş verib.

1 il ərzində saytımız Google axtarışında 881 min dəfə göstərilmiş, 35,9 min dəfə isə Google axtarışı ilə açılmışdır. Ən çox 14 dekabr 2021-ci il tarixdə bir gün ərzində 5 715 dəfə göstərilmiş və 329 dəfə açılmışdır. 1 il ərzində saytımızın açılması 24 569 dəfə (48,5%) internet-axtarış sistemləri vasıtəsi ilə, 19 685 dəfə (38,8%) internet-sosial şəbəkələr vasitəsi ilə 5 491 dəfə (10,8%) isə birbaşa baş verib.

Hörmətlə, Aydın Məmmədov (müzakirə) 16:58, 4 sentyabr 2022 (+04)

Şəki Ensiklopediyasının tarixinə dair videolar[HTML redaktə]