Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:26 noyabr

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:42, 26 noyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓

25–26 noyabr

  • Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun böyük mütəxəssisi Tomris İsmayılova 25 noyabr 1990-cı il tarixdə Bakıda anadan olub. O, sabiq idmançıdır və Azərbaycan Respublikasının idman ustasıdır; 2010-cu ildə uşu (döyüş sənəti) idmanının tayçı-çuan növü üzrə, 2012-ci ildə isə tayçı-fan növü üzrə dünya çempionu olmuşdur.

Şəkil: Tomris İsmayılova.

25–26 noyabr

  • Tanınmış teatr aktyoru, Azərbaycan SSR xalq artisti Məmməd Bürcəliyev (1914–1994) 25 noyabr 1994-cü il tarixdə – 80 yaşında, Gəncədə vəfat edib. O, “Azərbaycanfilm”in istehsalı olan bir neçə bədii filmdə də rol oynamışdır.

Şəkil: Məmməd Bürcəliyev.

Eldar Zülfüqarzadə

26–27 noyabr

  • Tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü Eldar Zülfüqarzadə 27 noyabr 1938-ci il tarixdə Bakıda anadan olub. O, 1993-cü ildən ABŞ-da yaşayır və 1993-cü ildən 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda (ing. National Institute of Standards and Technology) əmək və elmi fəaliyyətlə məşğul olub. Daha əvvəl – 1989-cu ildə isə SSRİ-də Ümumittifaq Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə seçilmiş və 1993-cü ilədək həmin vəzifədə çalışmışdır.

Şəkil: Eldar Zülfüqarzadə.

<<əvvəlki gün 26 noyabr sonrakı gün>>