Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Əliyar Əmircanov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 103: Sətir 103:
  
 
Həbsdən azad edildikdən sonra Leninqradda işləməyə davam edib, Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib.  
 
Həbsdən azad edildikdən sonra Leninqradda işləməyə davam edib, Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib.  
 
  
 
==Ailəsi==
 
==Ailəsi==

18:08, 17 may 2020 versiyası

Əliyar bəy Əmircanov
Əmircanov Əliyar bəy Hacı bəy oğlu
Əliyar bəy Əmircanov
Əliyar bəy Əmircanov
Doğum tarixi 17 may 1897(1897-05-17)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi +1945
Vəfat yeri Zaparojye, Flag of the Ukrainian Soviet Socialist Republic (1949–1991).svg Ukrayna SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Bakı kişi realnı məktəbi (1907/1908 – 1915); Moskva Ali Texniki Məktəbi (1915 – 1917, natamam), Berlin Ali Texniki Məktəbi (1922 – 1927)

Əliyarbəy Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d.  17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi və sovet dövründə repressiyaya məruz qalıb.

Haqqında məlumatlar

1897-ci ildə Nuxada anadan olub.

1907/1908 – 1915-ci ilərdə 1-ci Bakı kişi realnı məktəbində oxuyub.

1915-ci ildə attestatların müsabiqəsi üzrə Petroqrad Politexnik İnstitutunun elektromexanika bölümünə qəbul olunmuş, lakin arzusuna uyğun olaraq Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsində təhsil almağa başlayıb.

1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıtmağa məcbur olub.

1918-ci ildə qısa müddət ərzində türk hərbçilərinin sürücüsü,

1919-cu ildə Bakıda təcrübəçi tələbə kimi əvvəl 2 ay dəmiryol emalatxanasında, sonra isə avtomobil təmiri emalatxanasında işləyib.

12 aprel 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti Ticarət, Sənaye və Ərzaq Nəzarəti dəftərxanasının ümumi şöbə kargüzarının müavini təyin edib.

2 avqust 1919-cu ildə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına məktub yazaraq ona ali təhsilini İsveçrədəki məşhur Sürix Politexnikumunun mexanika bölməsində dövlət hesabına bitirməyə imkan yaradılmasını xahiş etmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında isə təhsilini dövlət hesabına davam etdirməsi üçün onun İsveçrəyə yox, Rusiya göndərilməsi məqbul sayılmışdır.

5 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına ikinci məktub yazaraq Rusiya əvəzinə İsveçrəyə göndərilməsini xahiş etmişdir.

25 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına yazdığı məktubda isə ərizəsində təhsilini Xarkov şəhərində davam etdirməkdən ötrü Rusiyaya getmək üçün ona çatası pulların verilməsini xahiş edib.

29 noyabr 1919-cu il tarixli Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin təliqəsində göstərilir ki, “Rusiyaya ali təhsilini davam etdirmək üçün getməkdən ötrü tələbə Əliyar bəy Əmircanova 21 min manat yazmağınızı təklif edirəm; həmin məbləğdən 18 min manat bugünkü gündən 6 aylıq dolanışıq üçün və 3 min manat yolpuludur”.

Lakin Əliyar bəy Əmircanov Rusiyaya gedəsi başqa tələbələr kimi, pulu alsa da həmin vaxt oxumağa getməyib və Bakıda qalıb.

1920-ci ilin mart ayında Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarətinin ümumi şöbədəsində, Azərbaycan sovetləşdikdən sonra siə Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində 1921-ci ilədək kargüzar vəzifəsində işləyib.

1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilini davam etdirmək məqsədi ilə xaricə getmək haqqında rəsmi icazə alıb.

1922 – 1927-ci illərdə Berlin Ali Texniki Məktəbində təhsil alıb. İlk iki ili orada yaşayan dayısı İsmayıl Əlizadənin hesabına yaşayıb və oxuyib. Sonradan isə Azərbaycan SSR Xalq Maarif Komissarlığından təqaüd almağa başlayıb.

1922-ci ildə Məhəmmədəmin Rəsulzadə Finlandiyada olarkən Sədri Maqsudi Arsala yazdığı məktubunda Əliyar Əmircanovun adını çəkib və onun həmin vaxt Berlində təhsil aldığını, ona etibar etdiyini göstərib[1]. Buna əsasən ehtimal etmək olar ki, Azərbaycan Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında göstərildiyindən fərqli olaraq, Əliyar bəy Əmircanovun təhsilini davam etdirməsi üçün yenidən Rusiyaya göndərilməsi mümkün olmamış və o, oxumaq üçün Rusiyaya yox, əvəzində Almaniyaya göndərilmişdir.

1927-ci ilin iyun – dekabr aylarında Almaniyadakı “Yunkers” zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi-mühəndis işləyib.

1927-ci ilin dekabrında Bakıya qayıdıb.

1928-ci ilin yanvar – sentyabe aylarında XTŞ Azərdövlətmetalsənaye 5-ci zavodunda mühəndis-konstruktor,

1928-ci ilin oktyabr ayından 1932-ci ilin noyabr ayınadək Azərneftin avtomobil təmiri zavoduna mühəndis-konstruktor işləyib

1932-ci ilin noyabr ayından Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunun dəvəti ilə Leninqrad şəhərinə köçmüş və həmin institutda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləməyə başlayıb.

6 fevral 1935-ci ildə əks-inqilabçı “Qafqaz-Türk Xalq Partiyası”nın üzvü olması ittihamı ilə Leninqradda həbs edilib.

21 may 1935-ci ildə əks-inqilabi təşkilata mənsubluğu ittihanı sübuta yetirilmədiyinə görə həbsdən azad edilib.

1938-ci ildə yenidən həbs edilib.

Həbsdən azad edildikdən sonra Leninqradda işləməyə davam edib, Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib.

Ailəsi

Atası Hacı bəy Əmircanov Nuxa rus-tatar ibtidai məktəbinin müəllimi, Bakı 4-cü rus-türk məktəbinin müdiri olub (1907/1908-ci ilədək). Sonra oğlu Musa bəy Əmircanovun konturunda hesabdar işləyib (1920-ci ilin mayınadək).

1935-ci ildə Leninqradda həbs edilərkən istintaq materiallarında bacıları haqqında aşağıdakı məlumatlar daxil edilib:

  • Ağahüseynova Hüsniyyə, 40 yaş, evdar, Bakı şəhəri;
  • Əmircanova Hökumə, 33 yaş, Bakı şəhəri, XMK, katibə;
  • Dadanova Zivər, 29 yaş, evdar, Bakı şəhəri;
  • İbrahimova Cavahir, 27 yaş, Bakı, Azərneft, kimyaçı mühəndis;
  • Əmircanova İsmət, 24 yaş, Bakı, teleqrafçı;
  • Əmircanova Şövkət, 21 yaş, makinaçı, Bakı.

Həyat yoldaşı: Heydər Əliyevin bacısı Səkinə.

Oğlu: Fərid; çox gec evlənib, 49 yaşında, evladı olmatyıb.

Ədəbiyyat

  • Mərdanov M., Tahirzadə Ə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.
  • Tahirzadə Ə. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar / Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli; red. Ə.M.Quliyev; ön sözün müəl. K.K.Şükürov; Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi.- Bakı : TEAS Press, 2016. - 1222 s.

İstinadlar

  1. Tanyeri C. M.E.Resulzade'nin Sadri Maksud Arsal'a Hitaben yazdığı Iki Mektub (türk) // Kardaş Edebiyatlar : rüblük jurnal. — 1995. — № 30. — Səh. 30.

Şablon:Yaxşı məqalə