Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Asim Abbasov

Şəki Ensiklopediyası səhifəsi
Zaur Əhmədov (Müzakirə | töhfələr) (Asim Abbasov) tərəfindən edilmiş 01:14, 30 may 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Asim Abbasov (d. 24 may 1986, Şəki, Azərbaycan SSR) - yerli rəssam, keramist


Həyatı Abbasov Asim Bəşarət oğlu 1986-cu il may ayının 24-ü Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş və orta təhsilinin ilk 6 ilini Şəki şəhər 9 saylı məktəbdə, son 5 ilini isə Şəki Fizika-Riyaziyyat və Hümanitar təmayüllü Litseydə almışdır. Yanaşı olaraq 1999-2003-cü illərdə Fuad Abdurrahmanov adına 1 saylı Şəki Uşaq İncəsənət Məktəbinin Rəssamlıq şöbəsində təhsil almışdır. Asim Abbasov 2004-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət qəbul olmuş və 2008-ci ildə bakalavriat dərəcəsini əldə etmişdir. 2010-2013 illərdə həmin universitetin Magistratura dərəcəsinə yiyələnmişdir.

2000-ci ildə Şəki Dövlət Rəsm Qalereyasında Novruz bayramı münasibətilə təşkil olunmuş sərginin uşaqlar üzrə nominasiyasında üçüncü yerə layiq görülmüşdür. Fəaliyyəti dövründə iştirak etdiyi sərgilərdə fərqlənmə diplomu almışdır. Ölkə daxilində keçirilən sərgi və festivallarda iştirak etmişdir. Əl işləri hazırda dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

Asim Abbasov həm də Şəki sənətkarlarını və proqressiv gəncliyi bir çətir altında toplama ambisiyasını özündə birləşdirən ArtClub Kafe&Emalatxana konseptinin Zaur Əhmədovla birgə həmtəsisçisidir. Rəssam həm də divar üzərində dizayn işləri ilə məşğul olur. Hal-hazırda Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist kimi fəaliyyət göstərir.