Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Azər Rəşidov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 64: Sətir 64:
 
==Mənbə==
 
==Mənbə==
 
*''Ələşrəf Məmmədov, Fikrət Xalıqov''. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 464-465.
 
*''Ələşrəf Məmmədov, Fikrət Xalıqov''. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 464-465.
 +
{{Yaxşı məqalə}}

03:37, 13 aprel 2020 versiyası

Azər Rəşidov
Rəşidov Azər Məmməd oğlu
Azər Rəşidov
Azər Rəşidov koronavirus pandemiyası ilə bağlı APA-ya video-müsahibə verərkən (10.04.2020)[1].
Doğum tarixi 22 oktyabr 1957 (1957-10-22) (66 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Məkkə şəhərindəki (Səudiyyə Ərəbistanı) Kral Əbdüləziz xəstəxanasının infeksion nəzarət şöbəsi
Elmi dərəcəsi tibb elmləri namizədi
Təhsili
  • Nəriman Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutu (1975 – 1981);
  • İ. M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutu, aspirantura ( 1983 – 1988).

Azər Rəşidov (Rəşidov Azər Məmməd oğlu; d.  22 noyabr 1957, Nuxa, Azərbaycan) − azərbaycanlı epidemioloq-həkim, tibb elmləri namizədi, Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kral Əbdüləziz xəstəxanasının infeksion nəzarət şöbəsinin müdiri.

Haqqında məlumatlar

1957-ci ildə Nuxa şəhərində anadan olub.

1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

1975-ci ildə Bakıda orta məktəbi bitirib.

1975 – 1981-ci illərdə Nəriman Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsində oxuyub.

1981-ci ildə təyinatla Qızlar şəhərinə (RSFSR, Dağıstan MSSR) işləməyə göndərilib.

1981 – 1984-cü illərdə Dağıstan MSSR Səhiyyə Nazirliyinin Epidemiologiya və Gigiyena Mərkəzidə epidemiologiya şöbəsinin müdiri vəzifəsində işləyib.

1984-cü ilin oktyabrından 1988-ci ilin sentyabrınadək Tropik Tibb və Tibbi Parazitologiya Elmi-Tədqiqat İnstitutunun bağırsaq çöpü infeksiyası laboratoriyasında kiçik elmi işçi olub.

1988 – 1992-ci illərdə epidemiologiya ixtisası üzrə İ. M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasının aspiranturasında təhsil alıb.

1992-ci ildə Moskvadakı N. F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

1992-ci ilin yanvarından 1998-ci ilin yanvarınadək Bakıdakı Tibbi Profilaktika Elmi-Tədqiqat İnstitutunun Bağırsaq çöpləri infeksiyası laboratoriyasının müdiri vəzifəsində işləyib. Eyni zamanda Bakıdakı Xəzər Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında (1993 – 1995) və Bakıdakı Müstəqil Azərbaycan Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında (1998 – 2000) dosent vəzifəsini tutub.

Qrant əsasında 3 ay ABŞ-da (Klivlend şəhəri), Avstriyada və Macarıstanda işləyib.

2000-ci ildən əmək fəaliyyətini Səudiyyə Ərəbistanının Məkkə şəhərində davam etdirir. Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kral Əbdüləziz xəstəxanasının infeksion nəzarət şöbəsinin müdiridir (2020).

30-dan çox elmi məqaləsi, bağırsaq çöpləri infeksiyası və hepatit virusu mövzusunda həkimlər üçün 3 metodik tövsiyəsi çap olunub. Azərbaycanda və bir çox ölkələrdə elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib.

Azərbaycanca, rusca və ingiliscə sərbəst danışır.

Mənbə

  • Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 464-465.

Şablon:Yaxşı məqalə