"Badisəba Köçərli" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 19: | Sətir 19: | ||
|Milliyət = | |Milliyət = | ||
|İxtisası = | |İxtisası = | ||
− | |Təhsili = | + | |Təhsili = Azərbaycan Pedaqoji İnstitutu (1920-ci illər) |
|Fəaliyyəti = | |Fəaliyyəti = | ||
|Fəaliyyət illəri = | |Fəaliyyət illəri = | ||
Sətir 27: | Sətir 27: | ||
|Sayt = | |Sayt = | ||
}} | }} | ||
− | '''Badisəba Köçərli''' ( | + | '''Badisəba Köçərli''' (1881–1954) — tanınmış pedaqoq, [[Azərbaycan SSR əməkdar müəllimi]]; uşaqların tərbiyəsi və təhsilə cəlb olunması, qadınlar arasında savadsızlığın ləğv edilməsində xidmətləri olub. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
22:43, 22 aprel 2021 versiyası
Badisəba Köçərli (1881–1954) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi; uşaqların tərbiyəsi və təhsilə cəlb olunması, qadınlar arasında savadsızlığın ləğv edilməsində xidmətləri olub.
Haqqında məlumatlar
22 mart 1881-ci il tarixdə Qazax qəzasının Salahlı kəndində anadan olub.
Qızlıq familiyası “Vəkilova” idi,
1897-ci ildə görkəmli Azərbaycan maarifçisi və Azərbaycan ədəbiyyatı tənqidçisi Firidun bəy Köçərliyə ərə getdikdən sonra ərinin soyadına keçib.
Təhsili
1920-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1921 – 1924-cü illərdə Bakı qadın seminariyasında müəllim işləyib.
1925 – 1929-cu illərdə Zaqatala Pedaqoji Texnikumunun,
1929-cu ildə Quba Pedaqoji Texnikumunun,
1930 – 1954-ci illərdə isə Nuxa 2 №-li uşaq evinin direktoru olub.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni;
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1945).
Vəfatı
1954-cü ildə – 72 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Xeyirxah, nəcib əməllər sahibi // Respublika : qəzet. — Bakı, 2017. — В. 5 fevral. — № 26. — Səh. 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 30 dekabr 2020.