Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Bayram Salamov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:21, 29 may 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Bayram Salamov
Salamov Bayram Zikir oğlu
Bayram Salamov
Bayram Salamov, çəkdiyi tablonun qarşısında
Doğum tarixi 7 noyabr 1965 (1965-11-07) (58 yaş)
Doğum yeri Qoxmuq, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi
Janrı yağlı boya
https://www.art-bairam.ru/

Bayram Salamov(Salamov Bayram Zikir oğlu; d.  7 noyabr 1965-ci il, Qoxmuq, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ ) - azərbaycanlı Rusiya rəssamı, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü.

Həyatı

1965-ci ildə Nuxa rayonunun Qoxmuq kəndində anadan olub.

1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.

1990-cı ildən Rusiya Federasiyasının Tolyatti şəhərində yaşayır.

Dünyanın nüfuzlu rəsm sərgilərində iştirak edib və bir çox mükafatlara layiq görülüb.

Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.

Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında ikinci sərgisi isə 2016-cı ilin 5 – 9 iyul tarixləri arasında Muzey Mərkəzində təşkil edilib.

Şəkillər

İstifadə edilmiş mənbə

  • "Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi sərgisi açılıb". https://azertag.az/ (azərb.). AZƏRTAC. 05.07.2016. 6 Jul 2016 - 25 Feb 2019 tarixində arxivləşdirilib..