Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Cahangir Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 20:22, 25 oktyabr 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Cahangir Hacıyev
Hacıyev Cahangir Fevzi oğlu
Cahangir Hacıyev.jpg
Cahangir Hacıyev, 2009-cu il
bayraqAzərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədribayraq
27 mart 2001 — 2 aprel 2015
Sələfi Fuad Namiq oğlu Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1961 (1961-10-26) (59 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Zamirə Hacıyeva
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universi (1981 – 1986)
Elmi dərəcəsi beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru

Cahangir Hacıyev (Hacıyev Cahangir Fevzi oğlu; d. 26 oktyabr 1961-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri (2001 – 2015), beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1961-ci ildə Bakıda anadan olub.

Təhsili və elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1993-cü ildə Austində Texas Universitetində MBA (Master Administration in Business Administration) magistr dərəcəsinə,

Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda isə beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru elmi dərəcəsinə yiyələnib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1993 – 1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.

1995-ci ildən Azərbaycan Beynəlxalq Bankında işləməyə başlayıb,

2001 – 2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub.

18 mart 2015-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Məhkumluğu[redaktə | HTML redaktə]

Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.