Cahangir Hacıyev

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 04:49, 23 iyun 2020 tarixli dəyişiklik

Cahangir Hacıyev (Hacıyev Cahangir Feyzi oğlu; d. 26 oktyabr 1961-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri (2001 – 2015). Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Cahangir Hacıyev
Hacıyev Cahangir Fevzi oğlu
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri
27 mart 2001 — 2 aprel 2015
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1961 (1961-10-26) (62 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Haqqında məlumatlar

Cahangir Hacıyev Azərbaycan Dövlət Universitetində təsil almış və təhsilini 1986-cı ildə başa vurmuşdur. .[1] 1993-cü ildə Austində Texas Universitetində MBA dərəvəcinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir.[2]

Dövlət və özəl sector

Cahangir Hacıyev 1993-1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləmişdir. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlamışdır.[1]

Vəzifədən azad edilməsi

2015

Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən istefa verib. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.[3]

Müsahibə

Cahangir Hacıyev inanırdı ki, Azərbaycanda bankların optimal sayı 20-dir. Sədr Hacıyev jurnalistlərə bildirmişdi ki, “Mən bazar qanunlarına həmişə dəstək vermişəm. səlahiyyətli kapitalı artırmaq istəyən banklar bunu edəcəklər, çünki bu, yüksək mövqe əldə etməyə ehtiyac duyan banklar üçün vacibdir”.[4]

Şəxsi həyatı

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Şirəli qızı Hacıyeva 10 fevral 2005-ci ildə Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstə tərəfindən qadın gözəllik salonundan çıxarkən oğurlanmış,[5] bu hadisə dəstənin ifşası və üzvlərinin həbsi ilə nəticələnmişdir.


İstinadlar