Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ceyhun Əfəndi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ceyhun Əfəndi
Əfəndiyev Ceyhun Vüsal oğlu
ing. Jeyhun Efendi
Ceyhun Əfəndi
Ceyhun Əfəndi, 2013-cü il
Doğum tarixi 1978(1978-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Ceyhun Əfəndi (Əfəndiyev Ceyhun Vüsal oğlu; d. 1978-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair Hikmət Ziyanın nəvəsidir.

Haqqında məlumatlar

1977-ci ildə Bakıda anadan olub.

Təhsili

1984 – 1994-cü illərdə Bakı şəhərindəki 174 saylı məktəbdə oxuyub.

1994-cü ildə Texas Universitetinə (ABŞ) qəbul olunub. Sonra təhsilini “Qərb” Universitetində tamamlayıb. Daha sonra Bredford Universitetində (Böyük Britaniya) МВА (ing. eM-Bi-Ey – master of business administration) diplomu alıb.

Əmək fəaliyyəti

1997-ci ildə “Emireyts” (ing. Emirates) kompaniyasının Bakı ofisində işləməyə başlayıb. Həmin vaxt kompaniya rəhbərliyi MDB və Bakı reyslərinin inkişaf etdirilməsində maraqlı olub. Amma ki 1999-cu ildə bu reyslərin rentabelli olmadığı məlum olur və bununla əlaqədar olaraq kompaniyanın Bakı ofisi bağlanır, Ceyhun Əfəndi isə kompaniyanın Dubayda yerləşən mərkəzi ofisində işləməyə göndərilir. Ceyhun Əfəndi orada bir müddət satış üzrə menecer vəzifəsində çalışıb. Amma “Emireyts” rəhbərliyinin MDB reyslərinə marağı hələ bitməmişdi, birbaşa aviareyslərin açılması perspektivlərini müəyyənləşdirmək üçün şöbə yaradıldı və həmin şöbəyə rəhbərlik Ceyhun Əfəndinin öhdəsinə buraxıldı.

2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb.

2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

Ədəbiyyat

Натали Александрова (30 Января, 2013 в 12:28). "Коммерческий директор авиакомпании flydubai Джейхун Эфенди: «Невозможно быть честным в работе и лжецом в личной жизни»". http://1news.az (русский). 1news.az. 20 Oct 2017 - 23 Jan 2018 tarixində arxivləşdirilib.