Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elnur İsgəndərov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:41, 1 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elnur İsgəndərov
İsgəndərov Elnur İsgəndər oğlu
Elnur İsgəndərov
Elnur İsgəndərov, 2015-ci il
Doğum tarixi 1 iyun 1989(1989-06-01)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2 aprel 2016 (27 yaşında)
Vəfat yeri Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png A.R. Silahlı Qüvvələri
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Respublikası Quru Soşunları.png A. R. Quru Qoşunları
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png baş leytenant
Təltifləri "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Vətən uğrunda" medalı

Elnur İsgəndərov (İsgəndərov Elnur İsgəndər oğlu; d.  1 iyun 1989-cu il; Şəki, Azərbaycan Respublikası, SSRİ – ö.  2 aprel 2016-cı il, Azərbaycan – Ermənistan atəşkəs xətti, Tərtər rayonu, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin Aprel döyüşlərində (2016) qəhrəmancasına həlak olmuş zabiti (baş leytenant).

Həyatı

Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Elnur İsgəndərovun yeganə övladı olan 5 yalıq oğlu Elman İsgəndərova atasının medalı təqdim edilərkən, 21 may 2016-cı il.

;

1989-cu ildə Şəkidə anadan olub.

2006 – 2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb.

2016-cı ildə baş vermiş Aprel döyüşlərində – aprelin 2-də, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuş, 11 aprel tarixində Şəki qəbristanlığında dəfn edilmişdir.

Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüş, 21 may 2016-cı il tarixdə medal onun yeganə övladı olan 5 yalıq oğlu Elman İsgəndərovun sinəsinə taxılmışdır.