Elnur İsgəndərov
Elnur İsgəndərov (İsgəndərov Elnur İsgəndər oğlu; d. 1 iyun 1989-cu il; Şəki, Azərbaycan Respublikası, SSRİ – ö. 2 aprel 2016-cı il, Azərbaycan – Ermənistan atəşkəs xətti, Tərtər rayonu, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin Aprel döyüşlərində (2016) qəhrəmancasına həlak olmuş zabiti (baş leytenant).
Elnur İsgəndərov | |
---|---|
İsgəndərov Elnur İsgəndər oğlu | |
Elnur İsgəndərov, 2015-ci il | |
Doğum tarixi | 1 iyun 1989 |
Doğum yeri | Şəki, Azərbaycan, SSRİ |
Vəfat tarixi | 2 aprel 2016 (27 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | A.R. Silahlı Qüvvələri |
Hərbi fəaliyyəti | |
Qoşun növü | A. R. Quru Qoşunları |
Rütbə | baş leytenant |
Təltifləri |
Həyatı
1989-cu ildə Şəkidə anadan olub.
2006 – 2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb.
2016-cı ildə baş vermiş Aprel döyüşlərində – aprelin 2-də, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuş, 11 aprel tarixində Şəki qəbristanlığında dəfn edilmişdir.
Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüş, 21 may 2016-cı il tarixdə medal onun yeganə övladı olan 5 yalıq oğlu Elman İsgəndərovun sinəsinə taxılmışdır.