Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Elnur İsgəndərov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya: E{{Hərbi xadim |Adı = Elnur İsgəndərov |Orijinal adı = Elnur İsgəndər oğlu İsgəndərov |Şəkil = Elnur...' ilə yarat) tərəfindən edilmiş 22:39, 17 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Elnur İsgəndərov
Elnur İsgəndər oğlu İsgəndərov
Elnur İsgəndərov
Doğum tarixi 1 iyun 1989(1989-06-01)
Doğum yeri Şəki, Azərbaycan
Vəfat tarixi 2 aprel 2016 (27 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png A.R. Silahlı Qüvvələri
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Respublikası Quru Soşunları.png A. R. Quru Qoşunları
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png baş leytenant
Təltifləri "Vətən uğrunda" medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

Elnur İsgəndər oğlu İsgəndərov (d. 1 iyun 1989; Şəki, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Həyatı

Elnur İsgəndərov 1989-cu ilin 1 iyun günündə Şəki şəhərində anadan olub. 2006-cı ildə Elnur İsgəndərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, 2010-cu ildə isə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirdi. Daha sonra Elnur İsgəndərov Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başladı.

Elnur İsgəndərov ailəli idi, Elman (d. 2015) adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti

Baş leytenant Elnur İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Elnur İsgəndərov doğulduğu Şəki şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elnur İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.

İstinadlar