Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Fikrət Cəfərov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Ailəsi) tərəfindən edilmiş 01:01, 4 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fikrət Cəfərov
Cəfərov Fikrət Neymət oglu
Fikrət Cəfərov
Fikrət Cəfərov, 2006-cı il
Doğum tarixi 4 dekabr 1956(1956-12-04)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu

Fikrət Cəfərov – Şəki şəhərinin sabiq meri; 2010 – 2015-ci illərdə Şəki şəhər bələdiyyəsinin sədri olmuşdur.

Haqqında məlumatlar

4 dekabr 1956-cı ildə Nuxada anadan olub.

Təhsili

1974-cü ildə Şəki şəhər 11 №-li orta məktəbi bitirib.

1975 – 1979-cu illərdə Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

Hərbi xidmət

1979 – 1981ci illərdə hərbi xidmət borcunu zabit kimi yerinə yetirib.

Əmək fəaliyyəti

1982 – 1985-ci illərdə Şəki “Mebel” Firma magazasının müdüri,

1985 – 1987-ci illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin Sədir müavini,

1987 – 1989-cu illərdə Şəki Qarışıq Mallar Ticarəti İdarəsinin baş direktoru vəzifəsində çalışıb.

2000 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyəti yanında Sahibkarlığın İnkişafına Yardım Mərkəzinin rəhbəri olub.

2004-cü ildən Şəki şəhər bələdiyyəsinin üzvü,

2005-ci ildən Şəki şəhər bələdiyyə sədrinin birinci müavini,

2010 – 2015-ci illərdə isə Şəki şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1990 – 1995-ci illərdə Şəki Şəhər Xalq Deputatları Sovetinin deputatı seçılmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

Ailəlidir. Dörd evladı var.

İstifadə edilmiş mənbə

  • "CƏFƏROV FİKRƏT NEYMƏT OĞLU". https://belediyye.io.ua/ (azərb.). “Şəki bələdiyyəsi” qəzetinin saytı. 3 Dec 2020 tarixində arxivləşdirilib.