Fikrət Məmmədov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:25, 1 iyul 2020 tarixli dəyişiklik

Fikrət Məmmədov (Məmmədov Fikrət Fərrux oğlu; d. 1 iyul 1955-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – Azərbaycan hüquqşünası və dövlət xadimi, hazırda Azərbaycan Respublikasının ədliyyə naziridir.I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir

Fikrət Məmmədov
Məmmədov Fikrət Fərrux oğlu
Fayl:Fikrət Mammadov.jpg
Fikrət Məmmədov
bayraqAzərbaycan Respublikası Ədliyyə Nazirliyibayraq
19 aprel 2000
Sələfi Südabə Həsənova
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1955(1955-07-01)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Partiya Bitərəf
Təltifləri “Şöhrət” ordeni (Azərbaycan)Şablon:"Vətənə xidmətə görə" ordeni
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
Commons-logo.svg Commonsda da Fikrət Məmmədov ilə əlaqəli mediafayllar var

Haqqında məlumatlar

1955-ci ildə Bakıda anadan olub.

Təhsili

1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini,

1988-ci ildə Bakı Azərbaycan KP MK yanında Ali Partiya Məktəbində bitirib.

İş yerləri

1977 – 1994-cü illərdə əvvəl rayon prokurorunun köməkçisi, sonra isə Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi, Azərbaycan KP MK inzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikasının Baş Prokurorluğunda hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru vəzifələrində çalışıb.

1994 – 2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokurorun müavini olub.

2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının ədliyyə naziridir.

2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir.

Digər

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Təltifləri

Ailəsi

F.Məmmədov evlidir, 4 övladı var.

Azərbaycan Respublikasının prezidenti İlham əliyevin xalası oğludur.

İstinadlar