Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Gəncə vilayəti

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:58, 21 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Gəncə vilayəti
İnzibati  mərkəz: Kirovabad
Yaranma  tarixi: 3 aprel 1952(1952-04-03)
Ləğv  olunma  tarixi: 23 aprel 1953
(1 il mövcud olub)
Coğrafi  region: Azərbaycan SSR
Yerləşirdi: Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Xəritədə
Zakavkazye 1952-1953.png
Zaqafqaziyanın siyasi xəritəsi, 1952 – 1953-cü illər

Gəncə vilayəti — Azərbaycan SSR-in 1952 – 1953-cü illər arasında birinci dərəcəli iki inzibati-ərazisindən biri. İnzibati mərkəzi Kirovabad şəhəri olub.

Gəncə vilayəti 3 aprel 1952-ci il tarixdə, Bakı vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Azərbaycan SSR ərazisinin şimal-qərb hissəsini əhatə edirdi və 28 rayondan (Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Balakən, Dəstəfur, Gədəbəy, Göyçay, Xaldan, Xanlar, Kəlbəcər, Qax, Qazax, Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Nuxa, Samux, Səfərəliyev, Şamxor, Şaumyan, Tovuz, Ucar, Vartaşen, Yevlax, Zaqatala və Zərdab) ibarət idi.

Vilayət İcraiyyə komitəsinin sədri Sadıq Rəhimov, K(b)P Vilayət Komitəsinin sədri İmam Mustafayev olub[1].

Gəncə vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü il tarixdə ləğv edilmişdir[2].

İstinadlar

Həmçinin bax

Şablon:Yaxşı məqalə