Hüseyn İsmayılov

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:02, 26 iyun 2021 tarixli dəyişiklik

Hüseyn İsmayılov (tam adı: Hüseyn Fərman oğlu İsmayılov; 26 iyun 1996; Qayabaşı, Şəki rayonu, Azərbaycan — 5 noyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, Vətən müharibəsi şəhidi.

Hüseyn İsmayılov
İsmayılov Hüseyn Fərman oğlu
Hüseyn İsmayılov
Hüseyn İsmayılov.
Doğum tarixi 26 iyun 1996(1996-06-26)
Doğum yeri Qayabaşı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 5 noyabr 2020 (24 yaşında)
Dəfn yeri Qayabaşı kənd qəbiristanlığı
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Fərman İsmayılov
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 2017-2020
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Həyatı və hərbi xidməti

Hüseyn İsmayılov 26 iyun 1996-cı ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə aldıqdan sonra hərbi xidmətə yollanan Hüseyn hərbi xidmət müddətində Aprel döyüşlərində də iştirak etmişdir. O, 21 yaşında, 2017-ci ildə MAHHXHQ əsgər olmuşdur.

Vətən müharibəsi və şəhidliyi

27 sentyabr 2020-ci ildən başlayan İkinci Qarabağ müharibəsinin hərbi əməliyyatlarında və döyüşlərində MAHHXHQ əsgər Hüseyn İsmayılov da yaxından iştirak etmişdir. Düşmənin zirehli texnikalarını və tanklarını zərərsizləşdirilməsində və qənimət kimi götürülməsində böyük rolu olmuşdur. O, 20 oktyabr 2020-ci ildə döyüşlərdən birində ağır yaralanır və xəstəxanaya yerləşdirilir. Təkidlərə baxmayaraq, 4 noyabr tarixində yenidən döyüşlərdə və əməliyyatlarda iştirak edən MAHHXHQ Əsgər İsmayılov Hüseyn Fərman oğlu 1 gün sonra, 5 noyabr 2020-ci ildə şəhid olur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən MAHHXHQ Əsgər Hüseyn İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Ailəli idi, 2 övladı yadigar qalıb.

Təltifləri

  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

İstinadlar

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı"(azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Xarici keçidlər

  1. Tanıyaq! Şəhid Hüseyn Fərman oğlu İsmayılov.