Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Hikmət Nəbili

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni '{{Kino sənətçisi |Peşəsi = Aktyor |Şəkil = Hikmət Nəbiyev.jpg |Şəkil məlumat= |Şəkil miqyası = |Adı = HİKMƏT NƏBİYEV |Tam adı = Hikmət Məmmə...' ilə yarat) tərəfindən edilmiş 02:57, 27 iyul 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
HİKMƏT NƏBİYEV
Hikmət Məmməd oğlu Nəbiyev
HİKMƏT NƏBİYEV
Doğum tarixi 1957
Peşəsi Aktyor

Hikmət Məmməd oğlu Nəbiyev - Azərbaycan aktyoru.

Həyatı

H.Nəbiyev 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram teatrına yardımçı heyət aktyoru vəzifəsinə qəbul edilmişdir. 1980-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 150-dən çox tamaşada yadda qalan obrazlar yaratmışdır. M.Sebastiyanın "Adsız ulduz" əsərində Vağzal Naçalniki (Rumıniya), R.Stoyanovun "Ustalar" əsərində Küker (Bolqarıstan), Ş.Petefinin "Pələnk və kaftar" əsərində Tivadar (Macarıstan) obrazlarına görə SSRİ-də keçirilən Sosialist ölkələrinin dramaturgiya festivalında diplomlara və pul mükafatlarına layiq görülmüşdür. Praqada, Moskvada (4 dəfə), Kazanda, Yoşkar-Olada, Daşkənddə, Səmərqənddə oynadığı obrazlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Həm dramatik, həm də komik səpkili rolları məharətlə ifa edən aktyor, bədii qiraəti kimi bütün dövlət və şəhər tədbirlərində iştirak etmişdir.30 illik yaradıcılıq illərində N. Dumbadzenin "Ağ bayraqlar" əsərində – Müstəntiq,N.Hikmətin "Bayramın birinci günü" əsərində Firuz,M.F.Axundovun "Hacı Qara" əsərində Ohan, Əsgər bəy, N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsərində Aşıq Vəli, S.Rəhmanın "Yalan" əsərində Saleh,V.Şeksprin "Romeo və Cülyetta" əsərində Pyetro, H.Orucovun "Məni qınamayın" əsərində Mirzə Qulu,C.Vannisin "Şah ya Qeyri Şah Şah elə Şahdır" əsərində Vəzir, X.Eceqarayın "Mahir aradüzəldənlər" əsərində Pepito, M.Kərimin "Ay tutulan gecə" əsərində Divanə, E.Do Filipponun "Ruhlar" əsərində Rafaello və bu kimi əsərlərdə əsas və baş rolların ifaçısı olmuşdur.

2002-ci ildə ilin ən yaxşı aktyoru kimi "Qızıl Dərviş" mükafatı ilə təltif edilmişdir.

Filmoqrafiya

  1. O dünyadan salam (film, 1991)
  2. Şəki teatrında (film, 2006)