Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Lütfəli Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 18: Sətir 18:
 
|IMDB            =  
 
|IMDB            =  
 
}}
 
}}
'''Lütfəli Məmmədov'''  zil səsə malik olan ustad xanəndə,  muğam ifaçısı, “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından biri hesab edilir.
+
'''Lütfəli Məmmədov'''  zil səsə malik olan ustad xanəndə,  muğam ifaçısı, “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından biri hesab edilir.
  
 
== Həyatı ==
 
== Həyatı ==

21:10, 13 avqust 2020 versiyası

Lütfəli Məmmədov
Məmmədov Lütfəli Əliheydər oğlu
Lütfəli Məmmədov
Lütfəli Məmmədov, 1980-cı il
Şəxsi məlumatlar
Doğum tarixi 14 avqust 1919(1919-08-14)
Doğum yeri Nuxa, Şəki qəzası, Gəncə quberniyası, Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 25 mart 1994 (74 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi xanəndə

Lütfəli Məmmədov – zil səsə malik olan ustad xanəndə, muğam ifaçısı, “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından biri hesab edilir.

Həyatı

14 avqust 1919-cu il tarixdə Nuxadə anadan olub.

Uşaq yaşlarından muğamata həvəsi sayəsində Yunis Qarabağlıdan dərs alıb və kütləvi bayram tədbirlərində, el şənliklərində muğam, təsnif və xalq mahnıları oxuyub.

1941-ci ildə müharibəyə gedib və döyüşlərdə yaralanıb.

1945-ci ildə cəbhədən qayıtdıqdan sonra Nuxadakı 1 №-li əyirici fabrikdə işləyib. Həmçinin, Şəki İpək kombinatının klubundakı bədii özfəaliyyət dərnəyinin fəal üzvü olub.

Sonralar əmək fəaliyyətini Nuxa/Şəki şəhər mədəniyyət evində davam etdirib.

Müharibədə göstərdiyi sücaətlərə görə o, SSRİ-nin bir çox orden və medalları ilə təqdim olunmuş, Respublika Əhəmiyyətli tədbirlərdə fəal iştirakına görə isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin və Respublika Xalq Yaracılığı evinin diplom və fəxri fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

25 mart 1994-cü ildə, 75 yaşında vəfat edib.