Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Məmməd Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:06, 1 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Rəşid bəy oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev, 1911-ci il
Doğum tarixi 5 oktyabr 1887(1887-10-05)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası,
Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1 iyun 1977 (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR,
Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Atası Rəşid bəy Əfəndiyev
Mükafatları Lenin ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni

Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlu; 15 oktyabr 1887-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı alim və pedaqoq, professor, Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934 – 1936), Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965).

Haqqında məlumatlar

1887-ci ildə Nuxada anadan olub.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin([[::Императорский Санкт-Петербургский университет|]]) fizika-riyaziyyat fakültəsinə təhsil alıb.

Məmməd bəy Əfəndiyev tələbə libasında. 1911-ci il. MATM SMF № 306/4

1913 – 1920-ci illərdə əvvəl Tiflisdə müəllim, sonra isə Nuxadakı gimnaziyada müəllim və direktor vəzifələrində çalışıb.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı şəhərində riyaziyyat üzrə ali pedaqoji kursların təşkilatçısı olub.

1930 – 1934-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışıb.

1930 – 1936-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat və təbiyyat elmləri fakültəsinin,

1936 – 1965-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyaziyyat və təbiyyat elmləri fakültəsinin dekanı olub.


M.Əfəndiyev APİ-də Riyaziyyat və təbiyyat elmləri fakültəsinin dekanı (1934-1936), ADU-da Riyazi analiz kafedrasının müdiri (1935-1965), professor dərəcəsinə layiq görülmüşdür. Milli Azərbaycan Tarixi Muzeyin fondlarında şəxsi əşyaları, fotoşəkilləri, tarixi sənədləri mühafizə edilir. [1] 1943-cü ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1945-ci ildə professor elmi adı almışdır. Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını ilk dəfə Əfəndiyev işlətmişdir. O, ilk dəfə riyazi analiz, analitik həndəsə və riyaziyyatın tədrisi metodikası fənlərindən Azərbaycan dilində mühazirələr oxumuşdur.

Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə Əfəndiyev işlətmişdir. Əfəndiyev “Cəbrə aid proqram və tapşırıq ”, “Adi deferensial tənliklər” (1950) və.s. əsərlərin müəllifidir. Sovet hakimiyyəti illərində Lenin ordeni və iki Qırmızı əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

Əfəndiyev Məmməd Rəşid oğlu 1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Bakıda adına küçə vardır.

Mükafatları

Əsərləri

  • "Cəbrə aid proqram və tapşırıq",
  • "Matematik analizdən kontrol tapşırıqlar", 1935
  • "Adi diferensial tənliklər", 1950

Xarici keçidlər

  1. Əsədova Nüşabə. Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatlar Rəşid bəy İsmayıl oğlu Əfəndizadə və Məmməd bəy Əfəndiyevin həyat və yaradıcılığının öyrənilməsində mənbə kimi. Bakı,səh,50."Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" IV Respublika elmi konfransının materialları