"Məmmədnuru Yusifov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
|Şəkil = Məmmədnuru_Yusifov.jpg | |Şəkil = Məmmədnuru_Yusifov.jpg | ||
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
− | |Şəklin izahı =Məmmədnuru Yusifov, 1984-cü il | + | |Şəklin izahı =Məmmədnuru Yusifov, 1984-cü il. |
|Digər adı = | |Digər adı = | ||
|Doğum tarixi ={{Doğum tarixi|1944|2|2}} | |Doğum tarixi ={{Doğum tarixi|1944|2|2}} | ||
Sətir 31: | Sətir 31: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Məmmədnuru Yusifov''' (1944–2013) — tanınmış dövlət məmuru, təhsil işçisi, pedaqoq, sovet partiya və komsomol orqanları işçisi; | + | '''Məmmədnuru Yusifov''' (1944–2013) — tanınmış dövlət məmuru, təhsil işçisi, pedaqoq, sovet partiya və komsomol orqanları işçisi; müxtəlif illərdə Azərbaycan {{LKGİ}} Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri, Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri, Şəki şəhər Təhsil Şöbəsinin müdiri və s. məsul vəzifələrdə çalışmışdır. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
Sətir 42: | Sətir 42: | ||
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== | ||
− | 1960 – 1963-cü illərdə [[Nuxa | + | 1960 – 1963-cü illərdə [[V.İ.Lenin adına Nuxa ipək kombinatı|V.İ.Lenin adına Nuxa ipək kombinatında]] fəhlə işləyib. |
1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi, | 1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi, |
01:33, 13 iyun 2021 versiyası
Məmmədnuru Yusifov | |
---|---|
Yusifov Məmmədnuru Şakir oğlu | |
Məmmədnuru Yusifov, 1984-cü il. | |
Doğum tarixi | 2 fevral 1944 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 13 iyun 2013 (69 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Şəki |
Uşaqları | Aydın, Cavanşir, Eldəniz, Şahin |
Atası | Şakir Yusifov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarixçi-pedaqoq, tarix və ictimaiyyət müəllimi |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1963–1967) |
Mükafatları |
Məmmədnuru Yusifov (1944–2013) — tanınmış dövlət məmuru, təhsil işçisi, pedaqoq, sovet partiya və komsomol orqanları işçisi; müxtəlif illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri, Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri, Şəki şəhər Təhsil Şöbəsinin müdiri və s. məsul vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
2 fevral 1944-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxa şəhər 16 №-li ibtidai, 11 №-li orta və 1 №-li fəhlə-gənclər məktəblərində oxuyub.
1963 – 1967-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1960 – 1963-cü illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatında fəhlə işləyib.
1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi,
1970 – 1972-ci illərdə “Bilik” Cəmiyyəti Balakən rayon təşkilatının məsul katibi,
1972-ci ilin mart ayından noyabr ayınadək Azərbaycan KP Balakən Rayon Komitəsi Siyasi Maarif kabinetinin müdiri vəzifəsində çalışıb.
1972 – 1976-cı illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi,
1976 – 1977-ci illərdə Şəki şəhər 20 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini,
1977 – 1982-ci illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbinin direktoru olub.
1982 – 1986-cı illərdə Şəki şəhər Xalq Maarif Şöbəsinin,
1986 – 1992-ci illərdə Şəki rayon Xalq Maarif Şöbəsinin,
1993 – 2005-ci illərdə Şəki şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2006-cı ilin yanvar ayından əmək təqaüdünə çıxıb.
İctimai fəaliyyəti
- Müxtəlif illərdə Şəki şəhər sovetinin deputatı və Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü,
- 1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub.
Mükafatları
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif nazirliyinin fəxri fərmanları;
- “Tərəqqi” medalı (2005).
Vəfatı
13 iyun 2013-cü il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.
Ailəsi
- Həyat yoldaşı: Yusifova Rəfiqə Mikayıl qızı (d. 1948 – ö. 2019).
- Övladları: Aydın, Cavanşir, Eldəniz, Şahin.