MediaWiki:Təltif/Azərbaycan/"Dostluq" ordeni

Aydinsalis (Müzakirə | töhfələr) (Aydinsalis MediaWiki:Təltif/Azərbaycan/"Dostluq" ordeni (Azərbaycan) səhifəsinin adını MediaWiki:Təltif/Azərbaycan/"Dostluq" ordeni olaraq dəyişdi.) tərəfindən edilmiş 02:37, 5 yanvar 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Dostluq ordeni
AZ Dostlug order ribbon (type 2).png Dostlug order.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip orden
Status verilir
Statistika
Təsis tarixi 16 fevral 2007
Birinci təltif 25 fevral 2008
Son təltif 10 aprel 202
Təltiflərin sayı 117 nəfər
Ardıcıllıq
Daha yüksək mükafat "Vətənə xidmətə görə" ordeni
Daha kiçik mükafat "Şöhrət" ordeni

"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir.

Statusu

Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə;
  2. xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə;
  3. dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.

Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır.

Təsviri

 
2011-ci ildə buraxılmış poçt markası

Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

  1. boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm

enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;

  1. paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
  2. paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib

Poçt markası üzərində

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Dostluq" ordeninə həsr olunmuşdur[1][2].

İstinadlar

Həmçinin bax

Mənbə

  • "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Statutu", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu
  • "Azərbaycan Respublikasının "Dostluq" ordeninin Təsviri", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu

Xarici keçidlər