Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mehman Musabəyli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:10, 4 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mehman Musabəyli
Musabəyli Mehman Həsən oğlu
Mehman Musabəyli
Mehman Musabəyli, 2011-ci il
Doğum tarixi 10 aprel 1971 (1971-04-10) (53 yaş)
Doğum yeri Şəki, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, televiziya rejissoru fakültəsi (1998 – )
Fəaliyyəti 1993-cü ildən
İlk əsəri “Vineqret-1”, "Vineqret-2" və s. məqalələr
facebook səhifəsi

Mehman Musabəyli – yazıçı, tərcüməçi, dövri-mətbuatda özünün qələmə aldığı hekayələr, başqa dillərdən tərcümə etdiyi hekayələr çap olunub; o cümlədən, azərbaycan dilində çap olunmuş 3 kitabın tərcüməçisidir; rejissor və aktyor, bir sıra Azərbaycan teatrlarının tamaşalarında rol oynayıb, 1993-cü ildən isə Marionet Teatrında aktyor fəaliyyətini davam etdirir.

Haqqında məlumatlar

10 aprel 1971-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1988-ci ildə Şəki şəhər 14 №-li orta məktəbini bitirib.

1993-cü ildə Bakı şəhər 12 №-li orta texniki peşə məktəbini kinomexanik ixtisası üzrə bitirib.

1998-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun televiziya rejissoru fakültəsinə qəbul olunub.

Əmək fəaliyyəti

1991 – 1992-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə quraşdırıcısı,

1992 – 1993-cü illərdə Hüseynağa Atakişiyevin Gənclər Teatrında baş maşinist vəzifəsində çalışıb.

1993-cü ildən Tərlan Qorçunun Marionet Teatrında kuklaçı-aktyordur.

Ədəbi yaradıcılığı

1999-cu ilin aprelindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İlk mətbu əsərləri (“Vineqret-1”, "Vineqret-2" və s. məqalələr) 1993-cü ildə “Kefli İsgəndər”, “Tək səbir” və “Press-fakt” qəzetlərində dərc olunub.

Çap olunmuş digər hekayələri

  • Kiçik hekayələr, 1998, “Ulduz” jurnalı, № 3/4.
  • Qızılgül və qoz ağacı, 1998 – “Cahan” jurnalı, № 4.
  • Kağız, 1998, “Ulduz” jurnalı, № 11.
  • Uçan fillər, 1999 – “Ulduz” jurnalı, № 4.
  • Adsız çiçək, 2004 – “Qobustan” jurnalı, № 3.
  • Homo sapiens, 2005, “Ulduz” jurnalı, № 4.
  • Mükəmməl Büdrəyiş, 2005 – “Ulduz” jurnalı, № 4
  • Niftəlinin kəşfləri, 2006 – “Azərbaycan” jurnalı, № 7.
  • Otkrıtiya Niftali, 2007 – “Literaturnıy Azerbaydjan”, № 2.

Tərcümələri

Hekayələr

Qabriel Qarsia Markes

  • Bu günlərdən biri, 2003 – “Ulduz” jurnalı, № 12.
  • Üç somnambul üçün kədər, 2003 – “Ulduz” jurnalı, № 12.
  • Nəhəng qanadlı senyor, 2005 – “Ulduz” jurnalı, № 1.

Eduardo De Filippo

  • Ruhlar, 2005 – “Azərbaycan” jurnalı, № 10.

Oldos Haksli

  • Bioqrafiyası və “Esselər”, 2006 – “Xəzər” jurnalı, № 3.
Kitablar
  • Hikmət Aydınoğlu, “Demokratiya labirintləri” (ruscadan) Bakı, Tutu Uşaq Nəşriyyatı, 2001, 144 səh.
  • Hans Xristian Andersen, “Ole-Lukoye və başqa nağıllar”. (ruscadan) Bakı. Tutu Uşaq Nəşriyyatı 2005, 28 səh.
  • Haldun Taner, “Günün adamı”, (türkcədən). Bakı, Yom yayınları, 2007, 76 səh. Tiraj 500.

Aktyorluq fəaliyyəti

  • “Şəngül, Şüngül, Məngül” – Pantomim Teatrı, 1996 – rej: Bəxtiyar Xanızadə.
  • “Divin oğul dərdi” – Şəki Döv. Dram Teatrı, 1997 – rej: Mirbala Səlimli.
  • “Randevu” – İnc. İns. “Səda” Teatrı, 1997 – rej: Pünhan Həsənli.
  • “Div oğlu Div” – İrəvan Teatrı, 1998 – rej: Vidadi Əliyev.
  • E. de Filippo “Ruhlar” – Şəki Dövlət Dram Teatrı, 2001 – rej: Mirbala Səlimli.
  • “Adsız çiçək” - Dövlət “YUĞ” Teatrı, 2005 – rej: Günay Səttarova.
  • Jan-Batist Molyer “Xəsis” – Şəki Dövlət Dram Teatrı, 2008 – rej: Mirbala Səlimli.
  • “Xallı keçinin qisası” – Şəki Dövlət Dram Teatrı, 2007 – rej: Əbülfət Salahov.

Digər

2005-ci ildə Polşada,

2008-ci ildə Almaniyada teatr qastrollarında olub.

2003-cü ildə “Kağız” hekayəsi ilə “I Proza N” müsabiqəsinin qalibi və mükafatçısı olub (ikinci yer). Şablon:Yaxşı məqalə