Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Mirzə Fətəli Axundov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:10, 12 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov
Mirzə Fətəli Axundov
Təxəllüsü Səbuhi
Doğum tarixi 12 iyul 1812(1812-07-12)
Doğum yeri Nuxa (Şəki), Şəki xanlığı
Vəfatı 10 mart 1878 (65 yaşında)
Vəfat yeri Tiflis, Rusiya İmperiyası
Atası Mirzə Məhəmmədtağı
Anası Nanə xanım
Uşaqları Nisə xanım, Rəşid Axundov
Vətəndaşlığı Rusiya İmperiyası
Milliyyəti azərbaycanlı
Təhsili Nuxa qəza məktəbi
Fəaliyyət illəri XIX əsr
Əsərlərinin dili Azərbaycanca, farsca, ərəbcə
Janr lirik, dramatik
İlk əsəri Zəmanədən şikayət
Mükafatları III dərəcəli Müqəddəs Anna ordeni II dərəcəli Müqəddəs Stanislav ordeni III dərəcəli Müqəddəs Stanislav ordeni
Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı [1]

Mirzə Fətəli Axundov (Axundzadə) (az-ərəb: میرزا فتحعلی آخوندوف , bütöv adı Mirzə Fətəli Məmmədtağı oğlu Axundov; 12 iyil (Yuli təqvimi ilə: 30 iyun) 1812, Nuxa, Şəki xanlığı Rusiya İmperiyası — 10 mart (Yuli təqvimi ilə: 26 fevral) 1878, Tiflis) — azərbaycanlı[2] yazıçı-maarifçi, şair, materialist filosof və ictimai xadim, Rusiya İmperator Coğrafiya cəmiyyətinin üzvü; Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidin banisi; zamanəsinin «müzəlman Molyer»i[3].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Fətəli Axundovun adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib[4].

Həyatı

30 iyun 1812-ci ildə Nuxada anadan olub.

Yaşadığı yerlər

1814-cu ildə ailəsi ilə birlikdə Nuxa şəhərindən atasının Təbrizin yaxınlığındakı Xamnə kəndindəki ata-baba yurduna köçüb.

1821-ci ildə anası Nənəxanım əri Mirzə Məhəmməd Tağıdan boşanmıb və oğlu Fətəli ilə birlikdə İranın Qaradağ mahalındakı Horanid kəndində yaşayan əmisi Axund Ələsgərin himayəsinə sığınıb.

1823-cü ildə Hacı Ələsgərlə İranın Eləngut mahalının Vəlibəyli kəndinə,

1825-ci ildə Gəncəyə,

1826-ci ildə Nuxaya köçüblər.

1834-cü ildən ömrünün sonunadək Tüflisdə yaşayıb, orada vəfat edib və orada da dəfn edilib.


Təhsili

1832-ci ildə Gəncəyə gedib, şair və müəllim Mirzə Şəfi Vazehdən nəstəliq xəttilə yazmağı öyrənib.

1833-cü ildə, 21 yaşında ikən, Nuxa şəhərində açılan “Rus-tatar” məktəbinə daxil olub və cəmi bir il həmin məktəbdə təhsil alıb.

İş yerləri və vəzifəsi

1834-cü ildə Tiflisə gedib, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

1836-cı ildə Qafqaz idarəsinin baş dəftərxanasında işləməklə bərabər, Tiflis qəza məktəbinə azərbaycan dili müəllimi təyin edilib.

1858-ci ildə Qafqaz canişini dəftərxanasının yenidən təşkili ilə əlaqədar olaraq, yenidən canişin baş idarəsinin mütərcimi təyin olunub.

1872-ci ildə Qafqaz Canişini Baş İdarəsinin sərəncamı ilə Şərq dilləri üzrə senzor vəzifəsinə təyin edilib.

Ədəbi-yaradıcı fəaliyyəti

1837-cü ildə rus şairi A.S.Puşkinin xatirəsinə həsr etdiyi “Puşkinin ölümü haqqında Şərq poeması”nı,

1841-ci ildə “Təcnis”, “Təcnisi digər”, “Molla Əli” (həcv) və “Müxəmməs” sərlövhəli şeirlərini yazıb.

1850-ci ildə “Hekayəti-Molla İbrahim Xəlil kimyagər”, “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur”, “Sərgüzəşti vəziri-xani-Lənkəran” komediyalarını yazıb.

1851-ci ildə “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur” komediyası ilk dəfə Tiflisdə “Kavkaz” qəzetində rus dilində hissə-hissə çap olunub, komediya ilk dəfə Peterburqda rus dilində oynanılıb.

1852-ci ildə “Hekayəti - xırs quldurbasan” və “Sərgüzəştimərdi-xəsis” (Hacı Qara) komediyalarını yazıb. - Yanvar ayının 31-də “Hekayəti -xırs quldurbasan” komediyası Tiflis teatrında rus dilində oynanılmışdır.

1855-ci ildə “Mürafiə vəkillərinin hekayəti” komediyasını,

1857-ci ildə “Aldanmış kəvakib” povestini yazmışdır.

1859-cu ildə komediyalarını və “Aldanmış kəvakib” povestini “Təmsilat” başlığı altında Qafqaz canişinliyinin Tiflisdəki nəşriyyatında kitab halında çap etdirib.

1863 – 1864-cü illərdə İstanbulda olmuş (tərtib etdiyi əlifbanın dəstəklənməsi üçün), Mirzə Məlkümxan ilə görüşmüş, “Çeşmə kitabəsi”, “Səidə xitab”, “Fuad Paşanın mədhi” adlı mənzumələri və “Kəmalüddövlə məktubları” adlı məşhur fəlsəfi əsərini yazmışdır.

1865-ci ildə “Həcvi-Əbdürrəsülxan” adlı əsərini,

1868-ci ildə “Həkimi-ingilis Yuma cavab” adlı əsərini,

1869-ci ildə “Yeni əlifba haqqında mənzumə” adlı əsərini yazıb.

1873-cü ildə “Hekayəti vəziri-xani-Lənkəran” və “Hacı Qara” pyesləri Bakıda tamaşaya qoyulub.

Ailəsi

1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmiş, ondan 13 övladı dünyaya gəlmiş, onlardan yalnız ikisi, Rəşidbəy və qızı Nisə xanım sağ qalmış, qalanları isə Mirzə Fətəlinin sağlığında ikən vəfat etmişlər.

Mülki və hərbi rütbələri

1842-ci ildə mülki praporşik,

1850-ci ildə poruçik,

1854-cü ildə kapitan,

1861-ci ildə mayor,

1873 -cü ildə polkovnik rütbəsi verilib

Təltif və mükafatları

1842-ci ildə Rusiya ilə İran hökumətləri arasında danışıqlarda iştirak etdiyi üçün İran şahı tərəfindən üçüncü dərəcəli “Şiri-Xurşid” nişanı ilə təltif olunub.

Elmi-yaradıcı fəaliyyəti

1851-ci ildə İmperator rus coğrafiya cəmiyyəti Qafqaz şöbəsinə həqiqi üzv seçilib.

1874-cü ildə Yeni əlifbaya aid və hürufi-samitə müsəvvədənin latın və ərəb əlifbası üzrə quruluşunu təsvir edən cədvəl düzəltmişdir.


Vəfatı

1878-ci il fevral ayının 26-da Tiflisdə vəfat edib.


Vəfatı

1930-ci ildə, indiki Səbail rayonunda, M.F.Axundovun adını daşıyan bağçada heykəli qoyulub (heykəltəraş P.Sabsay).

1938-ciu ildə - Azərbaycan SSR XKS M.F.Axundovun anadan olmasının 125 illiyini keçirmək barəsində qərar qəbul edib.

1939-cu ildə Azərbaycan Dövlət Ümumi Kitabxanasına (hazırda M.F.Axunov adına Milli Kitabxana) adı verilib.

1940-cı ildə Nuxada ev-muzeyi açılıb.

1962-cı ildə anadan olmasının 150 illik yubileyi Ümumdünya Sülh Şurasının qərarı ilə keçirilmiş, Ümumittifaq miqyasında təntənə ilə qeyd olunmuşdur. Eyni ildə M.F.Axundov adına Kitabxanada heykəltəraş İ.Zeynalovun hazırladığı büstü qoyulub.

1965-ci ildə M.F.Axundov adına üç Respublika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edilib.

1982-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə M.F.Axundovun anadan olmasının 170 illiyi keçirilib.

1983-cü ildə Tbilisidə M.F.Axundovun ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə M.F.Axundovun əsərlərinin 3 cildliyi nəşr olunub.

2007 - Ədibin Tbilisi şəhərində yerləşən ev-muzeyi, sonralar Azərbaycan Mədəniyyət Mərkəzi kimi, 2007-ci ildən isə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi adı ilə fəaliyyət göstərməyə başlamışdır. 2010 - Aprel ayının 13-də Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. 2011 - İyun ayının 30-da Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəbbüsü ilə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin Tbilisidə adını daşıyan 73 saylı Azərbaycan orta məktəbinin binası qarşısında büstü qoyulmuşdur.

Əsərləri

Poema:

Pyeslər:

Satirik povest:

Məqalələr:

Əsər müəllifi kimi

  1. Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)
  2. Dərviş Parisi partladır (film, 1976) (tammetrajlı bədii film)
  3. Aldanmış ulduzlar (opera, 1977)
  4. Hacı Qara (film, 2002) (tammetrajlı bədii film)
  5. Mürafiə vəkillərinin hekayəti (film, 2011) (film-tamaşa)
  6. İksir (film, 2014) ("Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" əsəri əsasında)


Haqqında çəkilən filmlər

  1. Böyük yazıçı-maarifçi (film, 1938)) (qısametrajlı sənədli film)
  2. Səbuhi (film, 1941) (tammetrajlı bədii film)[5]
  3. 150 il. Mirzə Fətəli Axundov (film, 1962)) (qısametrajlı sənədli film)
  4. Mirzə Fətəli Axundov (film, 1972)) (qısametrajlı sənədli film)
  5. Mirzə Fətəli Axundov (film, 1982)) (qısametrajlı sənədli film)
  6. Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)

Ədəbiyyat

  • İbrahimov M. Niyəsiz, necəsiz, bir yazısan sən kitabında. Bakı: Yazıçı, 1985, 195 s.
  • Qasımov M. M.F.Axundov və XIX əsrin inqilabi-demokratik estetikası. Bakı: 1954, 150 s.
  • Qasımzadə F. M.F.Axundovun həyat və yaradıcılığı. Bakı: 1962, 150 s.
  • Sadıqov M. Axundov Mirzə Fətəli. Bakı: 1987, 200 s.
  • Kəngərli A. M.F.Axundov və Həsənbəy Zərdabi: Ümmətçilikdən millətçiliyə keçidin başlanması. "Yeni Azərbaycan", 2003, 11 may.
  • Qafarov N. M.F.Axundzadə komediyalarının dili və milli gülüş mədəniyyətinin ənənələri. "Mədəni-Maarif", 2002, №8-9, s.40-41.
  • Гусейнов Ч. Фатальный Фатали (роман). М.: Советский писатель, 1983, 463 стр.
  • Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: 1991, 50 стр.
  • Şahbaz Şamıoğlu (Musayev). Mirzə Fətəli Axundzadənin gürcü müasirləri (monoqrafiya),B., Mütərcim, 2012, 116 s.
  • www.anl.az/down/meqale/525/2012/iyun/73.htm

İstinadlar

  1. Opera in Azerbaijan by Azer Rezayev , Winter 1997 (5.4) P. 70-71
  2. Russian Azerbaijan (1905-1920): the shaping of a national identity in a Muslim community. Cambridge University Press, Boston, 1985. For example, Mirza Fath cAli Akhundov, the Azerbaijani best known in the West, will be referred to as Akhundzada, the form of his name that has been used for a century in publications outside of Russia.
  3. Mirzə Fətəli Axundov
    Müəllif Крымский А. Е.
  4. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin [[7 may]] [[2019-cu il]] tarixli, 211 nömrəli Qərarı" (azərb.). cabmin.gov.az. 2019-05-11. İstifadə tarixi: 2019-05-13.
  5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66.

Mənbə

Həmçinin bax

Xarici keçidlər

Vikianbarda Mirzə Fətəli Axundov ilə əlaqəli mediafayllar var.