Osman Məmmədov
Osman Məmmədov | |
---|---|
Məmmədov Osman Abdukərim oğlu | |
Osman Məmmədov | |
Osman Məmmədov | |
Doğum tarixi | 23 aprel 1970 |
Doğum yeri | Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1990 – 1995) |
Osman Məmmədov (Osman Abdukərim oğlu Məmmədov; d. 23 aprel 1970, Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — jurnalist, ictimai-siyasi fəal; 2020-ci ildə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.
Haqqında məlumatlar
23 aprel 1970-ci il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili
1987-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbini bitirib.
1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.
Hərbi xidmət
1988 – 1990-cı illərdə sovet ordusunda hərbi xidmət edib.
Jurnalistlik və publisistik fəaliyyəti
1996-cı ildən mətbuat sahəsində müxtəlif vəzifələrdə işləyib.
2002-ci ildən Azərbaycan Təhsil Problemləri İnstitutunun normativ sənədlər şöbəsində, sonralar isə “Spektr” ictimai-siyasi jurnalında çalışıb.
2005-ci ildən “Korrupsiya və Cəmiyyət” adlı ictimai-siyasi jurnalın baş redaktorudur.
“Korrupsiya və dövlətçilik” qəzetinin təsisçisidir.
2018 – 2020-ci illər arasında Azərbaycandan Osmanlı Türkiyəsinə XIX əsrdə mühacirət etmiş soydaşlarımızın həyatının araşdırılması ilə məşğul olmuş və bir-birindən ayrı düşmüş qohumların arasında əlaqə yaratmağa müvəffəq olmuşdur. Hal-hazırda (2020) bu istiqamətdə fəaliyyətini davam etdirir.
Ailəsi
Ailəlidir, iki övladı vardır.
Ədəbiyyat
- "Məni seçin ki, siz də seçiləsiniz". https://www.arazinfo.com (azərb.). arazinfo.com. 2020-01-18. 23 Nov 2020 tarixində arxivləşdirilib.