Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rüfət Xəlilov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:04, 29 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rüfət Xəlilov
Xəlilov Rüfət Qaffar oğlu
Rüfət Xəlilov
Rüfət Xəlilov, 2017
Doğum tarixi 7 mart 1926(1926-03-07)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2018(2018-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbi (1952 – 1954, Tbilisi)

Rüfət Xəlilov (Xəlilov Rüfət Qaffar oğlu; d. 7 mart 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 2018-ci ildə, Bakı, Azərbaycan Respublikası) — plkovnik-leytenant, əks-kəşfiyyatçı, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşı.

Haqqında məlumatlar

7 mart 1926-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisidəki xüsusi məktəbini leytenant ütbəsi ilə bitirib.

Əmək fəaliyyəti

1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmətə qəbul edilib.

1954 – 1959-cu illərdə Nuxada əməliyyat müvəkkili işləyib.

1959 – 1965-ci illərdə Astarada,

1965 – 1974-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Kirovabad şöbəsində işləyib.

1974-cü ildən Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib.

1983 – 1986-cı illərdə əmək fəaliyyətini Bakıda, DTK-nin mərkəzi aparatında, əks-kəşfiyyat strukturlarında davam etdirib.

1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.

Təltif və mükafatları

Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib. O cümlədən, 2016-cı ildə Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.

Ədəbiyyat

Murad Nəbibəyov (07.03.2016 10:15). "Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir". http://old.xalqqazeti.com/ (azərb.). Xalq qəzeti. 29 Jul 2020 tarixində arxivləşdirilib.